Threads, günlük aktiv istifadəçi sayında X-a yaxınlaşır
Meta-nın X-ə rəqib olaraq yaratdığı Threads platformasının aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib. Mobil tətbiq istifadəsində isə Threads, gündəlik aktiv istifadəçi sayında X-ə sürətlə yaxınlaşır. Instagram-ın baş icraçı direktoru Adam Mosseri bildirib ki, istifadəyə verilməsindən cəmi iki il sonra, Threads platformasının aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib. X-in keçmiş baş direktoru Linda Yaccarino-nun əvvəlki açıqlamalarına görə isə, X-in aylıq aktiv istifadəçi sayı 600 milyonun üzərindədir. Similarweb-in məlumatına əsasən, 2025-ci ilin iyununda Threads-in iOS və Android mobil tətbiqlərində gündəlik aktiv istifadəçi sayı 115,1 milyona çataraq ötən ilin eyni dövrünə nisbətdə 128% artıb. Eyni dövrdə X-in gündəlik aktiv istifadəçi sayı isə 15% azalaraq 132 milyona düşüb.Meta tərəfindən hazırlanan və X (keçmiş Twitter) platformasına rəqib kimi təqdim olunan sosial media tətbiqi Threads aylıq aktiv istifadəçi sayında mühüm mərhələni geridə qoyub.
Marja .-ın məlumatına görə, Instagram-ın baş icraçı direktoru Adam Mosseri bildirib ki, istifadəyə verilməsindən cəmi iki il sonra Threads-in aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib:
"Threads aylıq 400 milyondan çox aktiv istifadəçiyə sahibdir. Son iki il olduqca intensiv keçdi. X ilə rəqabət etmək üçün ortaya atılan bu “çılğın fikir” indi insanların açıq şəkildə fikirlərini paylaşa bildiyi mənalı bir platformaya çevrilib. Buraya bugünkü halını verən hər kəsə minnətdaram. Qarşıda görüləcək çox işimiz var, daha çox yenilik gələcək," — deyə Mosseri vurğulayıb.
Bu göstərici, platformanın son rübdə əlavə 50 milyon aylıq istifadəçi qazandığını göstərir. Meta CEO-su Mark Zuckerberg isə ötən ilin aprelində aylıq aktiv istifadəçi sayısının 350 milyonu keçdiyini açıqlamışdı.
X-in keçmiş CEO-su Linda Yaccarino-nun əvvəlki bəyanatına görə, platformanın aylıq aktiv istifadəçi sayı 600 milyonun üzərindədir.
Gündəlik istifadəçi sayısında fərq azalır
Pazar araşdırma şirkəti Similarweb-in son məlumatına əsasən, Threads mobil cihaz istifadəsində X-in gündəlik aktiv istifadəçi sayısına yaxınlaşıb. 2025-ci ilin iyununda Threads-in iOS və Android tətbiqlərində gündəlik aktiv istifadəçi sayı 115,1 milyona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə %128 artıb.
Eyni dövrdə X-in gündəlik aktiv istifadəçi sayı isə %15 azalma ilə 132 milyona düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























