Dövlət Gömrük Komitəsi proqnoz tapşırığına tam əməl edə bilmədi
2025-ci ilin ilk 7 ayında dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 milyard 560,8 milyon manat təşkil edərək proqnozdan 598 milyon manat və ya 6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 milyard 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Marja xəbər verir ki, eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.
Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 480,9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib. Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 milyard 586,9 milyon manat proqnoza qarşı 19 milyard 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir. 2025-ci ilin 7 ayı ərzində dövlət büdcəsində 2 milyard 894 min manat artıqlıq yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























