Böyük Britaniyada Tesla-nın satışları 60% azalıb, Çin şirkəti BYD isə yüksəlişdədir
İyul ayında Böyük Britaniyada Tesla markalı elektrikli avtomobillərin satışları 60 faiz azalıb. Marja xəbər verir ki, bu azalma, Avropada az da olsa tələbat azalması fonunda baş verib. Eyni dövrdə Çinin BYD şirkəti isə satışlarda kəskin artım göstərib.
Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin məlumatına əsasən, iyul ayında cəmi 987 Tesla avtomobili qeydiyyatdan keçirilib, halbuki ötən ilin eyni ayında bu rəqəm 2 min 462 idi.
Tesla-nın satışları bu il digər böyük Avropa bazarlarında da azalma göstərib. Bu, əsasən şirkətin rəhbəri Elon Musk-ın siyasi fəallığına olan istehlakçı etirazları və BYD kimi rəqiblərdən gələn təzyiqlə izah olunur. Cəmiyyətə görə, BYD-nin Böyük Britaniyadakı qeydiyyatları iyul ayında illik müqayisədə dörd dəfədən çox artaraq 3 min 184-ə çatıb.
Digər Avropa ölkələrində də Tesla satışlarında kəskin eniş müşahidə olunub:
İsveçdə: 86% azalma (cəmi 163 avtomobil)
Fransada: 27% azalma (1,307 avtomobil)
Belçikada: 58% azalma (460 avtomobil)
Bu azalmalar Tesla-nın əsas modeli olan Model Y SUV-un yenilənmiş versiyasının satışa çıxarılmasına baxmayaraq baş verib.
Elon Musk üçün yeni bonus paketi təsdiqlənib
Tesla bazar ertəsi açıqladığı sənəddə bildirib ki, şirkət rəhbəri İlon Mask (Elon Musk )üçün yeni mükafat paketi təsdiq edilib. 96 milyon səhmdən ibarət bu paket, Maskın diqqətini zəifləyən şirkəti yenidən dirçəltməyə yönəltmək üçün nəzərdə tutulub.
Tesla-nın Böyük Britaniyada satışlarının enməsi avtomobil bazarında nisbətən mülayim azalma fonunda baş verir. İyul ayında Böyük Britaniyada avtomobil qeydiyyatları ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 140 min 154 ədəd olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























