BP bu il ərzində ofis işçilərinin ən azı 15%-ni ixtisar etməyi planlaşdırır
Böyük Britaniyanın enerji nəhəngi BP bu il ərzində ofis işçilərinin 15 faizini ixtisar etməyi planlaşdırır. Ümumilikdə 40 min ofis əməkdaşından 6,2 mini vəzifədən azad ediləcək. 2025-ci ilin ilk rübündən etibarən isə əməkhaqqı fonduna qənaət məqsədilə əlavə tədbirlər görüləcək.Britaniyanın neft-qaz şirkəti BP bu il ərzində ofis işçilərinin ən azı 15%-ni ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Marja.az Şirkətin bəyanatına istinadən xəbər verir ki, 40 min ofis əməkdaşından 6,2 mini ixtisara düşəcək və 2025-ci ilin birinci rübündən etibarən əməkhaqqı fondunda əhəmiyyətli dərəcədə əlavə qənaət əldə etmək planlaşdırılır.
Bundan əvvəl BP, 2025-ci ildə 4,7 min iş yerinin ixtisarı ilə bağlı planlarını açıqlamışdı.
BP-nin baş direktoru Mörrey Oinkloss (Murray Auchincloss) mətbuata müsahibəsində bildirib ki, sentyabrda vəzifəyə başlayacaq yeni İdarə Heyətinin sədri Albert Manifold “gəlirlilik, dəyər və səmərəliliyə tam şəkildə fokuslanacaq”. Oinklossun sözlərinə görə, şirkət Manifold ilə birlikdə BP-nin fəaliyyətini dərindən təhlil edəcək və bundan sonra xərclərə dair əlavə audit həyata keçirəcək.
İxtisar qərarı BP-nin rüblük maliyyə hesabatının dərc edilməsi ilə eyni vaxtda açıqlanıb. Hesabatda qeyd olunur ki, şirkətin ikinci rübdə mənfəəti 2,4 milyard dollar təşkil edib — bu, analitiklərin proqnozlarını 33% üstələyib. İdarə Heyəti rüblük dividendləri 4% artırmaq və 750 milyon dollarlıq səhm geri alım proqramını davam etdirmək qərarına gəlib.
Nəticələrə əsasən, BP rüblük dividendləri 4 faiz artırmaq və 750 milyon dollarlıq səhm geri alım proqramını davam etdirmək qərarı verib.
Hazırda şirkətin ümumi işçi sayı təxminən 100 min nəfərdir, onlardan 40 mini ofis işçisidir.
Bu yaxınlarda BP rəhbərliyi, Braziliyada şirkətin son 25 ildəki ən böyük neft və qaz yatağını kəşf etdiyini açıqlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















