BYD-nin satışı son 6 ay ərzində ilk dəfə azalıb
Çinin aparıcı avtomobil istehsalçısı BYD, iyul ayında qlobal miqyasda 341 min 30 ədəd sərnişin avtomobili satıb.
Marja.az xəbər verir ki, bu, iyun ayı ilə müqayisədə 9,7% azalma deməkdir və son altı ay ərzində ilk dəfə aylıq satışda azalma qeydə alınıb. İllik müqayisədə isə satış demək olar ki, dəyişməyib - cəmi 0,1% artım olub.
Satışlardakı sabitlik, əsasən, plug-in hibrid (PHEV) modellərə tələbatın azalması ilə bağlıdır. Bu seqmentdə satışlar ardıcıl dördüncü aydır ki, geriləyir və iyul ayında ötən illə müqayisədə 22,6% azalma qeydə alınıb.
BYD iyul ayında 163 min 143 ədəd PHEV satıb — bu, iyun ayına nisbətən 4,5%, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 22,6% azdır. Bu tendensiya aprel ayında cəmi 0,4% olan illik azalmanın sürətləndiyini göstərir — mayda bu göstərici 6,3%, iyunda isə 12,5% olmuşdu.
Tam elektrikli avtomobillər (BEV) seqmentində isə iyul ayında 177 min 887 ədəd satış olub — bu, iyun ayı ilə müqayisədə 14% azalma, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 36,8% artım deməkdir. Bu, fevral ayından bəri BEV satışlarında ilk aylıq azalma kimi qeydə alınıb.
BYD iyul ayında 80 min 737 ədəd avtomobil ixrac edib - bu, iyunla müqayisədə 10,3% azdır, lakin ötən ilin iyuluna nisbətən 169% artım deməkdir. Bu, 2024-cü ilin noyabrından bəri ilk aylıq ixrac azalmasıdır.
Ümumilikdə, BYD iyul ayında 344 min 296 ədəd avtomobil satıb (sərnişin və kommersiya nəqliyyat vasitələri daxil olmaqla).
Brendlər üzrə bölgü:
Əsas BYD brendi: 315 min 136 ədəd avtomobil satılıb — iyun ayına nisbətən 16,5% azalma, ötən ilin iyulu ilə müqayisədə isə 5,4% artım.
Əsas modellər üzrə satışlar, ədəd ilə:
Song – 59 min 26
Qin – 53 min 907
Seal – 46 min 850
Seagull – 44 min 989
Sealion – 31 min 827
Yuan – 22 min 977
Dolphin – 19 min 865
Han – 12 min 255
Tang – 12 min 2
Chaser 05 – 10 min 303
Xia MPV – 5 min 590
e2 – 82
Fang Cheng Bao (FCB) — ofroud yönümlü markası:
Cəmi satış: 14,180 ədəd. İyun ayına görə 25% azalma, amma illik müqayisədə 670% artım
FCB modelləri:
Tai 3 SUV – 8,513
Bao 5 SUV – 4,102
Bao 8 SUV – 1,565
Denza (premium marka):
Cəmi satış: 8 min 331 ədəd. İyunla müqayisədə 28% azalma, illik 10% artım
Denza modelləri:
D9 MPV – 8 min 331
N9 SUV – 2 min 104
Z9 sedan – 816
N7 SUV – 124
Yangwang (lüks marka):
Satış: 339 ədəd. İyunla müqayisədə 65% artım, illik 22,8% azalma
Yangwang modelləri:
U7 sedan – 253
U8 SUV – 80
U9 supercar – 6
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 1 saat əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
14 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq




















