Hotelçilik sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib
Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib.
Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.
Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, o cümlədən vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.
Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























