Bu həftə Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı barədə məlumatı 23 iyul 2025-ci il tarixində ictimaiyyətə açıqlayacaq.
Marja.az xəbər verir ki, 23 iyulda Mərkəzi Bank 2025-ci il üzrə 5-ci faiz qərarını açıqlayacaqdır.
Ardıcıl 9 iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır. İyunun 11-də də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
MƏRKƏZİ BANK NƏ DEMİŞDİ?
11 İyun 2025-ci il tarixində Mərkəzi Bankın yaydığı press-relizdə bildirilmişdi ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir".
2025-ci ilin iyun ayıda Azərbaycanda illik inflyasiyanın sürəti maydakı 6,3%-dən 6%-ə geriləyib. Bu azalma əsasən müvsimi amillər ilə əlaqədardır. Yay aylarında əksər meyvə və tərəvəz qiymətləri düşüdüyü üçün, iyunda qida məhsulları üzrə deflyasiya qeydə alınıb, bu da ümumi indeksin aşağı düşməsinə təsir göstərir.
Xarici mühitində qeyri-müəyyənliklər davam etsə də, qiymətlərdə kəskin artımlar müşahidə olunmur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin iyun ayında qlobal ümumi əmtəə qiymətləri indeksi 160,5 bənddən 165,8 bəndə yüksəlib (3,3% artıb). FAO-nun Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin iyun ayında may ayına nisbətən 0,7 bənd (0,5 faiz) artaraq 128 bənd təşkil edib. Süd məhsulları, ət və bitki yağlarının qiymətlərindəki artımlar taxıl və şəkərin qiymət indekslərindəki azalmaları üstələmişdir.
"Faizləri azaltmaq istəyirdik, lakin qlobal qeyri-müəyyənliklərə görə, gözləmə mövqeyində qaldıq"
23 Aprel 2025-ci il tarixində faiz qərarından sonra Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında Sədr Taleh Kazımov növbəti dəfə faizlərdə dəyişiklik edilməməsinin səbəbini açıqlamışdı:
"Açıq etiraf edim ki, bu dəfə də bizim pauza götürməyimizin səbəbi qlobal qeyri-müəyyənliklərdir. Mart-aprel aylarında beynəlxalq aləmdə baş verən hadisələr olmasaydı, biz yəqin ki, yumşalma istiqamətində qərar qəbul edəcəkdik, faizlər aşağı düşsün. Yenə də biz gözləmə mövqeyində qalmaq barədə qərar qəbul etdik".
İyulun 23-də də Azərbaycan Mərkəzi Bankının faizlərini aşağı salacağı ehtimalı var. Eyni zamanda, Mərkəzi Bank daha sağlam qiymət hərəkətlərini görmək üçün pauza rejimində qalmaqda davam edə və faizləri bu dəfə də sabit saxlya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
7 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
7 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
7 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
























