"Coca-Cola Azərbaycan" UNEC ilə memorandum imzalayıb
"Coca-Cola Azərbaycan" Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlığa dair memorandum imzalayıb.
İmzalanma mərasimində "Coca-Cola Azərbaycan"ın baş direktoru Rəna Məmmədova, şirkət nümayəndələri, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin rəhbər heyəti iştirak ediblər.
Memorandumda UNEC tələbələrinin istehsalat təcrübəsində iştirakı, məzunların işə qəbul imkanlarının genişləndirilməsi, şirkət nümayəndələrinin iştirakı ilə seminar və təlimlərin təşkili, karyera günlərində iştirak nəzərdə tutulur.
"Coca-Cola Azərbaycan"ın baş direktoru Rəna Məmmədova bu əməkdaşlığın tələbələrə təcrübə imkanı yaratdığını bildirib:
“Bizim gənclər üçün böyük imkanlarımız var. Onlarla bu imkanları bölüşməkdən məmnun oalcağıq. Tələbələrin də ideyalarının və bacarıqlarının bizim üçün faydalı olacağına inanırıq. Əməkdaşlığımız onların əmək bazarının tələblərinə cavab verən mütəxəssislər kimi yetişməyinə töhfə verəcək. Əminəm ki, bu əməkdaşlıq bundan sonra uzun illərin ənənəsinə çevriləcək”.
Xatırladaq ki, Şirkətin əməkdaşlıq etdiyi universitetlər siyahısına isə Bakı Dövlət Universiteti, Azərbaycan Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti daxildir.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan "Coca-Cola Azərbaycan"da 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









