VTB (Azərbaycan) xalis mənfəətini artırıb
VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə nəticələrini açıqlayıb.
ASC-nin yaydığı press-relizdə bildirilir ki, Bank ilk 6 ayda 6 milyon 319 min manat xalis mənfəət əldə edib. VTB (Azərbaycan) ötən ilin eyni dövründə 4 milyon 720 min manat xalis mənfəət əldə etmişdi.
Bankın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqaisədə 10 faiz artaraq 337 milyon 37 min manata çatıb.
30 iyun 2025-ci il tarixində Bankın kredit portfelinin ümumi həcmi 237 milyon 495 min manat təşkil edib. Bu ilin ikinci rübündə 16,8 milyon manatdan çox biznes kreditləri verilib. Beləliklə, bu seqment üzrə portfel 70,6 milyon manatı ötüb.
2025-ci ilin ilk 6 ayı ərzində VTB (Azərbaycan)-ın xalis faiz gəlirləri 15,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7 milyon 300 min manat təşkil edib.
2025-ci ilin 2-ci rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 12,24% təşkil edib.
Bankın məcmu kapitalı isə 98,7 milyon manatı ötüb, bu da Mərkəzi Bankın normativ tələbini 47,8 milyon manat (təxminən 2 dəfə) üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)




.jpg)






