Tramp: Mis idxalına 50% gömrük rüsumu avqustun 1-dən başlayacaq
ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, mis idxalına əvvəlki gün elan etdiyi 50%-lik tarif avqustun 1-dən qüvvəyə minəcək.
“Mən milli təhlükəsizliyimizi nəzərə alaraq 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək mis üçün 50% tarif elan edirəm”, - Tramp "Truth Social"da yazıb.
Mis yarımkeçiricilər, təyyarələr, gəmilər, sursatlar, məlumat mərkəzləri, litium-ion akkumulyatorlar, radar sistemləri, raketdən müdafiə sistemləri və s. məhsullar üçün lazımdır. Mis hərbi sənaye tərəfindən iən çox istifadə edilən ikinci materialdır.
Trampın son açıqlamasından sonra mis qiymətləri LME-də 2.62% də artıb və 10 min dollar/tona yaxınlaşıb. Əvvəlki seansda misin qiyməri 13%-dən çox artmışdı. Sonra qiymətlər bir qədər geriləyib.
Comex birjasında sentyabr ayı mis fyuçersləri 2,72% artaraq bir funt (453 qram) üçün 5,6 dollar olub (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat)ş
Londonda yerləşən "Benchmark Mineral Intelligence" agentliyinə görə, ABŞ istehlakçıları misin tonu üçün üçün təxminən 15 000 dollar ödəyə bilər, dünyanın qalan hissəsi isə avqusta qədər təxminən 10 000 dollar ödəyəcəkdir.
Mis, dəmir və alüminiumdan sonra dünyada ən çox istehlak edilən üçüncü metaldır. ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, ABŞ istifadə etdiyi misin təxminən yarısını idxal edir, onun çoxu Çilidən alınır.
Tramp administrasiyası ABŞ-da mis istehsalını artırmağı hədəfləyir. Bununla belə, ekspertlər deyirlər ki, istehsalın artmasına qədər bir müddət vaxt tələb olunacaq, lakin həmin vaxtadək tələbatı ödəmək lazımdır.
Ekspertlr qeyd edirlər ki, ABŞ-da mis çatışmazlığı olacaq və şirkətlər istehsal gücünə sərmayə qoymağa başladıqca qiymətlər daha da artacaq.
Tramp, mis, polad, alüminium və əczaçılıq kimi məhsulların idxalına gömrük rüsumlarını digər ölkələr ilə danışıqlarda təsir vasitəsi kimi istifadə edir. O, bu vasitə ilə ticarət balanssızlıqlarını həll etməyə çalışır.
Britaniyanın tədqiqat şirkəti BMI, qlobal mis istehsalının 2025-ci ildən 2034-cü ilə qədər orta illik 2,9% artacağını və illik hasilatın 2025-ci ildəki 23,8 milyon metrik tondan 2034-cü ilə qədər 30,9 milyon metrik tona yüksələcəyini gözləyir.
Şirkətin analitikləri Çilidə hasilatın bərpası və Monqolustanda mədəndə davam edən artımla dəstəklənən qlobal mis hasilatının 2025-ci ildə illik müqayisədə 2,5% artacağını gözləyirlər.
İyulun 9-da analitiklər qeyd ediblər ki, Peru, Rusiya və Zambiyanın da qlobal hasilatın artmasına əsas töhfə verənlər arasında olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
3 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
4 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
5 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)







.jpg)







