Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı çıxışı fonunda dollar major valyutalar qarşısında zəifləyib. EUR/USD valyuta cütlüyü 1.16870 səviyyəsindən 1.17490 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə 1.35880 həddindən 1.36420 həddinə kimi artım sərgiləyib. Buna baxmayaraq, Yapon yeni qarşısında dollar öz mövqelərini möhkəmləndirməyə bacarıb. USD/JPY cütlüyü 144.210 səviyyəsindən 146.440 səviyyəsinə qədər bahalaşaraq, artım tendensiyasını davam etdirib.
Avstraliya Ehtiyatlar Bankı (RBA) 8 iyul tarixində əsas faiz dərəcəsini 3.85% səviyyəsində saxlayıb. Qeyd etmək lazımdır ki, analitiklər göstəricinin 25 baza bəndi azaldılacağını proqnozlaşdırmışdılar.
RBA iclasdan sonra bildirib ki, inflyasiya riskləri ilə bağlı proqnozlar daha balanslı xarakter alıb və əmək bazarı yaxşı vəziyyətdədir. Bununla belə, tənzimləyici qurum ümumi tələbat və təklif ətrafındakı qeyri-müəyyənlik fonunda iqtisadiyyatın perspektivləri ilə bağlı narahatlığını saxlayır. Xəbərin dərc olunması ilə AUDUSD valyuta cütlüyü 0.65110 həddindən 0.65570 həddinə qədər yüksəldi.
Amerika prezidenti 1 avqust tarixindən etibarən idxala yeni tariflər tətbiq ediləcəyi barədə 14 ölkəyə məlumat verib. Trampın məktub göndərdiyi ilk şəxslər Yaponiya baş naziri Şigeru İşiba və Cənubi Koreya prezidenti Li Ce Myon olublar. ABŞ lideri bildirib ki, 2025-ci il avqustun 1-dən etibarən ABŞ bu ölkələrdən idxal olunan bütün mallara 25% tarif tətbiq edəcək.
Tramp xəbərdarlıq edib ki, əgər hər hansı bir ölkə cavab olaraq öz tariflərini artırarsa, Vaşinqton da öz tariflərini həmin ölçüdə yüksəldəcək. Bu arada, Avropa İttifaqı Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığından sonra ABŞ-la ticarət sazişi bağlamağa yaxındır.Tramp bazar günü bildirib ki, onun apreldə elan etdiyi “güzgü tarifləri” 1 avqust tarixindən qüvvəyə minəcək.
“Tesla” şirkətinin səhmləri, baş direktor Elon Maskın həftəsonu yeni siyasi partiya – “Amerika Partiyası” yaratdığını elan etməsindən sonra, gün sonunda 6.8% ucuzlaşıb. Tramp “TruthSocial” sosial şəbəkəsində Maskın “relstən çıxdığını” düşündüyünü yazıb. Dövlət başçısı qeyd edib ki, üçüncü partiyalar ABŞ-da heç vaxt uğur qazanmır və sistem buna uyğun deyil.
“Apple Inc.”-in kapitallaşma dəyəri isə 1.7% azalıb. Bu, Trampın ticarət üzrə müşaviri Piter Navarro tərəfindən şirkətin rəhbəri Tim Kuka ünvanlanan tənqidlərlə bağlıdır. Navarroya görə, Kuk istehsalın Çindən kənara çıxarılmasını gecikdirir.
Bu gün Almaniyada Açıqlanacaq Ticarət Saldosu göstəricisi bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
45 d. əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib




















