İcbari tibbi sığorta üzrə daxilolmalar 12 faizə yaxın artıb - 6 ayda 544 milyon manat yığılıb
Sosial sığorta ödəmələri 13,7 faiz artıb2025-ci ilin yanvar–iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq 83,3 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 544 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq376,3 milyon manatdan çox təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























