"Dedilər işə düzəlmək üçün 5 min lazımdır. Təcili gətir, əks halda yerinə başqa adam götürəcəklər"
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Cinayət işində qızı zərərçəkən qismində tanınmış Vüqar İsmayılov deyib ki, onlara dəyən zərər ödənilib. Onun sözlərinə görə, internetdə sözügedən bağçanın elanı ilə qarşılaşıb və qızını oraya işə düzəltmək üçün müraciət edib:
"İnternetdə elan var idi. Bağçaya musiqi müəllimi axtarılırdı. Qızımla oraya getdim. Qızım bayırda gözlədi, mən içəri girdim. Havvaxanımın qəbulunda oldum. Dedi ki, işə düzəlmək üçün 3-4 min pul verməlisiz. Razılaşdıq, qızım işə düzəldi, 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət elədim. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım", - o deyib.
Cinayət işində gəlni zərərçəkən kimi tanınmış Tarverdi Həsənovun sözlərinə görə, internetdə qarşılaşdıqları elan əsasında gəlnini işə düzəltmək üçün bağçaya müraciət ediblər:
"Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır. Sonra gəlnimə zəng edib dedilər ki, təcili pulu gətir, əks halda yerinə başqa adam götürəcəklər. Dedim, 5 min verə bilməyəcəm, 4 min manat verəcəm qalanını maaşdan çıxarsız. Gəlnim 2 ay işlədi, amma maaş almadı. Bir gün Havvaxımın yanına gəldim. Soruşdum ki, nə məsələdir? Dedi, narahat olma, gəlnin pulu alacaq. Sonra öyrəndim ki, Havvaxanımı tutublar. Atası ilə danışdım, dedim ki, bankdan pul götürüb sizə vermişəm. Heç olmasa, pulu qaytarın bankın borcunu bağlayım. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 manat verib xahiş etdi ki, məsələni bağlayaq".
Təqsirləndirilən Havvaxanım Rüstəmova deyib ki, Tarverdi Həsənovun gəlni ilə əmək müqaviləsi bağlanıb. Onun sözlərinə görə, təcrübə üçün sözügedən şəxsdən 4 min manat pul alınıb. O deyib ki, zərərçəkənə dəyən zərərdən qalan məbləğ də ödəniləcək.
Məhkəmənin növbəti iclası avqustun 4-ə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib. Eyni zamanda zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
13 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
14 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)



