Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlk 5 ayda unikal müddətli əmanətçi sayı 14 542 əmanətçi artıb

AzVak-mobil_resmin_ustu_31
İlk 5 ayda unikal müddətli əmanətçi sayı 14 542 əmanətçi artıb

Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2025" buraxılışını dərc edib. Marja.az bülletenə istinadən xəbər verir ki, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38 milyard 179.3 milyon manat.

31 may 2025-ci il tarixində bankların depozit portfelinin 61.4%-i (23 milyard 445.1 milyon manat) hüquqi şəxslərin, 38.6%-i (14 milyard 734.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.

Fiziki şəxslərin əmanətlərinin 66.7%-i (9 milyard 835.1 milyon manat) milli valyutada, 33.3%-i (4 milyard 899.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.4%-i (9 milyard 198.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 0.7% və ya 62.7 milyon manat, tələbli əmanətləri isə 2.3% və ya 123.6 milyon manat artmışdır. 2025-ci ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3205 əmanətçi), ilin əvvəlindən isə 9.7% (14 542 əmanətçi) artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 18,223.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.7%-ni təşkil etmişdir.

26.06.2025 11:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19