Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq
İyulun 1-dən iziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq.
"Marja" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-dən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.
Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.
Həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiq olunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığın yüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyət sektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.
“ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalinin mədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdə isə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























