ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba, İran İsrailə 27 ədəd ballistik raket atıb

ABŞ İranda Fordo nüvə obyektinə 6 ədəd “B-2” bombardmançı təyyarə ilə 12 sığınacaq əleyhinə bomba ilə zərbə endirib.
Bu barədə CNN məlumat yayıb.
Natanz nüvə obyektinə isə 2 bomba atılıb.
Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib.
Tramp İranın əsas nüvə obyektlərinin tamamilə məhv edildiyini deyib
"ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib."
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.
"Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib", - Tramp deyib.
"İndi İran sülh bağlamalıdır", - deyən Tramp İranda "hələ çox hədəf qaldığını" və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.
O, Fordo, Natanz və Isfahanın "görkəmli hərbi uğur" nəticəsində tamamilə məhv edildiyini bildirib.
"Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq", - Tramp vurğulayıb.
O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.
"Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi", - ABŞ lideri qeyd edib.
Trampın çıxışı bir neçə dəqiqə davam edib.
İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.
Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfə orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.
Aİ sabah İranla bağlı vəziyyəti müzakirə edəcək
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın zərbələrindən sonra bütün tərəfləri geri çəkilməyə çağırıb.
Bu barədə diplomat “X” hesabında bildirib.
Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri sabah İranla bağlı vəziyyəti müzakirə edəcək.
“İranın nüvə silahı yaratmasına icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid ola bilər. Mən bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram”, - Kallas qeyd edib..
İsrail Quma zərbə endirib, 4 hərbçi ölüb
İsrail Hərbi Hava Qüvvələri Quma zərbə endirib, 4 hərbçi ölüb.
Bunu İranın Qum vilayətinin böhran idarəsi idarəsi bildirib.
Qeyd edilib ki, İsrailin Qumdakı Xomeyni bazasına endirdiyi zərbə nəticəsində 4 hərbçi həlak olub.
AEBA İranla bağlı təcili iclas keçirəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda baş verən fövqəladə vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Bu barədə AEBA Baş direktoru Rafael Qrossi “X”də paylaşım edib.
“İrandakı fövqəladə vəziyyət fonunda sabah AEBA Rəhbərlər Şurasının təcili iclasını çağırıram”, – Qrossi bildirib.
KİV: ABŞ İranın mümkün cavab zərbələrinə hazırlaşır
Ağ ev 48 saat ərzində İranın ABŞ obyektlərinə mümkün cavab zərbələrinə hazırlaşır.
APA-nın xəbərinə görə, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
İranın hansı ABŞ obyektlərini hədəf seçə biləcəyi açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 saat sonra
-
2 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
3 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
3 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
4 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
