Komfort və Təhlükəsizlik bir arada! - VİDEO
Qəza riski yarandıqda radarlar potensial zərbəyə reaksiya verərək riski minimuma endirir. Maneə yarandıqda avtomobilin pnevmatik asqı sistemi işə düşür.Öz sinfində yüksək təhlükəsizliyi ilə seçilən VOYAH Dream avtomobili yenilənmiş modelini təqdim edir.
Yenilənmiş avtomobildə diqqəti ilk cəlb edən onun təkmilləşdirilmiş təhlükəsizlik sistemidir ki, bu öncəliyi sözügedən modeli əsl ailə avtomobili edir. Belə ki, qəza riski yarandıqda ön, arxa hətta yan tərəflərdə xüsusi radarlar potensial zərbəyə reaksiya verərək riski minimuma endirir. Üstəlik sürüş zamanı gözlənilmədən bir maneə yarandıqda avtomobilin pnevmatik asqı sistemi işə düşərək maneəni təhlükəsiz şəkildə geridə qoyur.
Eləcədə, yolda maksimum görünüş radiusunu təmin etmək məqsədi ilə sözügedən avtomobil hər iki tərəfdən əlavə müşahidə kameraları ilə təchiz edilib.
Yenilənmiş modeldə komfort və təkmilləşdirlimiş interyer aksesuarları da yaddan çıxmayıb. Çox funksional oturacaqlar, interyerə əlavə olunan daha böyük düyümlü monitor və avtomobildə quraşdırılan “Huawei Software” sistemi sərnişinlərin yoldan zövq alması üçün düşünülüb.
Qeyd edək ki, sözügedən avtomobillərin Azərbaycanda rəsmi satışı “SCM Motors” şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri “Dongfeng Motor” korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bütün standartlara cavab verən servis mərkəzinə sahib olan distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.
Daha ətraflı məlumatı şirkətin rəsmi internet (www.voyah.com.az) və ya sosial media səhifələrindən (@voyah.azerbaijan), eləcə də +994 55535 77 77 əlaqə nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























