Uzunluğu 154.5, eni 17.7 təşkil edəcək - BAKIDA TİKİNTİSİ DAVAM EDİR
“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Bakı Gəmiqayırma Zavoduna yerləşdirdiyi sifariş əsasında inşa edilən növbəti Ro-Pax tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun şəkildə davam etdirilir.
ASCO-dan bildirilib ki, hazırda gəminin inşası üzrə ümumi işlərin 64 faizi tamamlanıb. Gövdə hissəsinin hazırlanması üzrə 98 faiz, mühəndislik işləri üzrə 99 faiz, satınalma və təchizat mərhələsi üzrə işlər isə 91 faiz yerinə yetirilib.
Bu müddət ərzində baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemləri, eləcə də yük liftinə aid avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmi üzərinə quraşdırılıb.
Tikinti prosesi çərçivəsində 33 blok və sub-blok üzrə boyama və birləşdirmə işləri başa çatdırılıb. Daha 12 blok və sub-blok üzrə birləşdirmə işləri hazırda davam edir. Eyni zamanda, əsas gövdə üzrə blokların yığılması prosesi tam şəkildə tamamlanıb.
Hazırda gəmidə elektrik sistemləri üçün kabellərin çəkilişi, boru sistemlərinin hazırlanması və montajı üzrə işlər aparılır.
Yeni Ro-Pax tipli gəmi-bərənin ASCO-ya 2026-cı ilin birinci rübündə təhvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, gəmi-bərənin maksimal sürəti 14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Yeni gəmi eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























