“Azərlotereya” illik gəlirini açıqladı
“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyibAzərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, 2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327 milyon 576 min manat təşkil edib. Ötən il şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib.
Qeyd edilib ki, 2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96,7 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38,8 milyon manata çatıb.
“Azərlotereya” ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-ci ildə bu göstərici 63.2 milyon manat olub.
“Azərlotereya” ASC 2024-cü ili 61 milyon 814 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 35 milyon 787 min manat xalis mənfəət ilə bağlamışdı.
Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin saytından tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti




























