Yaxın Şərqin ən yaxşı 101 hotel marketoloqu siyahısında 2 azərbaycanlı da yer alıb
İki azərbaycanlı Yaxın Şərqin ən yaxşı 101 hotel marketinq mütəxəssisi siyahısında yer tutub. Tanış olun: Səadət Quliyeva və Rüstəm İskəndərzadəNüfuzlu "Hotelier Middle East" nəşrinin hazırladığı “Marketing Power List 2025” (Yaxın Şərqin Ən Yaxşı 101 Hotel Marketinq Mütəxəssisi) siyahısında bu il iki azərbaycanlı mütəxəssis də yer alıb.
Azərbaycan hotelçilik sahəsində son zamanlar savadlı kadrları ilə diqqət çəkir. Xüsusilə, Yaxın Şərqdə turizm və hotelçilik sahəsində önəmli mövqelərdə kifayət qədər azərbaycanlı peşəkarlar çalışır. Bu uğurlardan biri də məhz hotel marketinqi sahəsində çalışan azərbaycanlı mütəxəssislərlə bağlıdır.
Marja.az xəbər verir ki, Yaxın Şərqdə iki lüks hotelin marketinqinə rəhbərlik edən bu adlar — Səadət Quliyeva və Rüstəm İskəndərzadədir. Hər ikisi də Azərbaycanda "PASHA Holding"ə daxil olan "Absheron Hotel Group" şirkətində çalışıblar.
“Marketing Power List 2025” nüfuzlu siyahısı regionun ən güclü hotel marketinq liderlərini bir araya gətirir, innovativ strategiyalar və uğurlu kampaniyalarla seçilən mütəxəssisləri tanıdır. Qürurverici məqam odur ki, bu il həmin siyahıya yalnız iki azərbaycanlı daxil edilib.
Səadət Quliyeva hazırda "JW Marriott Hotel Riyadh" otelində Marketinq üzrə Direktor müavini vəzifəsini icra ederek hotelin marketinq, media və PR üzrə rəhbərliyini həyata keçirir. O, magistr təhsilini PR və kommunikasiya sahəsində Türkiyənin İstanbul Universitetində alıb, marketinq və kommunikasiya sahəsində 10 ildən artıq təcrübəyə malikdir. "JW Marriott Riyadh" hotelindəki vəzifəsindən əvvəl Bakıda "Baku Marriott Boulevard Hotel"də iki il PR və marketinq rəhbəri kimi çalışıb. Daha sonra "Absheron Hotel Group" daxilində Qrup Marketinq Meneceri vəzifəsinə yüksəlib və "Şahdağ Pik Palace", "Park Chalet Autograph Collection", "The Merchant Baku" və "Bilgah Beach Hotel" hotellərinin qida və içki üzrə marketinq fəaliyyətlərini idarə edib. O, həmçinin "JW Marriott" brendi çərçivəsində iki fərqli ölkədə çalışıb – Səudiyyə Ərəbistanından öncə Qətərdə JW Marriott Marquis Doha hotelində marketinq rəhbəri olub. Səadət Quliyeva lüks hotel markalarının PR və marketinq fəaliyyətlərinin təşkili, restoran marketinqi, rəqəmsal marketinq və brendinq üzrə ixtisaslaşıb.
Rüstəm İskəndərzadə hazırda Qətərin Doha şəhərində yerləşən "Sharq Village & Sp, a Ritz-Carlton Hotel" hotelində Baş Marketinq Meneceri vəzifəsində çalışır. O, Marketinq ixtisası üzrə magistr təhsilini İngiltərənin Coventry Universitetində alıb. Azərbaycanda "JW Marriott Absheron", "Courtyard by Marriott" və "Sheraton Baku Intourist" hotellərində marketinq sahəsində fəaliyyət göstərib. Beynəlxalq təcrübəyə malik olan Rüstəm İskəndərzadə, Maltada yerləşən "InterContinental" hotelində Marketinq rəhbəri vəzifəsində çalışaraq qlobal mehmanxana brendləri ilə uğurlu layihələrə imza atmışdır. O, lüks hotel brendlərinin marketinqi, rəqəmsal marketinq və destinasiya marketinqi sahələrində ixtisaslaşmışdır.
Yaxın Şərqdə hotelçilik üzrə ən nüfuzlu media qurumu olan "Hotelier Middle East" tərəfindən bu tanınma, Azərbaycanın hotelçilik, turizm və marketinq sahəsində beynəlxalq səviyyədə güclənən mövqeyinin bariz nümunəsidir.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
26 d. əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 29 d. əvvəl
-
33 d. əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
42 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb
Şirkət Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi - FOTOLAR
bp: Neft və qaza onilliklər boyunca ehtiyac olacaq











.jpg)




.jpg)


