22-ci “Translogistica Caspian” Sərgisi təşkil e5diləcək
2-4 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyəti olan 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcəkdir. Sərgi Bakı Ekspo Mərkəzində baş tutacaqdır.
Sərgi təşkilatçısının yaydığı məlumata bildirilir ki, qlobal ticarət marşrutlarında sürətli dəyişikliklər və artan nəqliyyat çağırışları şəraitində Azərbaycan, Avrasiya regionunun əsas nəqliyyat mərkəzi olaraq öz mövqeyini möhkəmləndirir. 2025-ci ilin yanvar ayında nəqliyyat məsələlərinə həsr olunmuş iclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması məsələlərini vurğulayıb. Bu kontekstdə tranzit və logistika sahəsində təşkil olunan beynəlxalq sənaye sərgilərinin rolu daha da artır.
“TransLogistica Caspian” sərgisi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya məkanının bu sənaye sahəsi üzrə peşəkarlarını bir araya gətirir.
Sərgiyə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir, iştirakçılar və təşkilatçılara salamlama məktubları göndərilir.
“TransLogistica Caspian” sərgisinin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir. Yükdaşıma bazarında 10 ildən artıq bir müddətdə lider mövqe tutan “Railgo” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “TransLogistica Caspian” sərgisinin qızıl sponsorudur və sərgidə kreativ stendi ilə ziyarətçilərin diqqətini cəlb edir. Şirkət Rusiya Federasiyası, MDB, Baltikyanı ölkələr və yaxın xaric ərazisində dəmir yolu nəqliyyatı vasitəsilə xam neftin, maye qazların, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmışdır.
Üç günlük sərgidə Azərbaycanla yanaşı Belarus, Çin, Gürcüstan, Hindistan, İsveçrə, Rusiya Federasiyası və Türkiyədən olan şirkətlər iştirak edəcəklər. Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi” “İkra Logistika”, “CJ ICM Logistics”, “Sara Logistics”, Hindistanın beynəlxalq yük daşıyıcı və logistika şirkəti olan “Palsun Maritime India Limited”, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün iştirakçısı olan Çinin “Qingdao Fengtie International Logistics Co., Ltd” və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə ilk dəfə olaraq dünya miqyasında nəqliyyat və logistika sahəsində lider olan “Mediterranean Shipping Company” (MSC) şirkəti iştirak edəcək.
Sərgi, Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər şəxslər və mütəxəssislərlə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, potensial müştərilərə çıxış əldə etmək, eyni zamanda perspektiv infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. “TransLogistica Caspian” sərgisi çərçivəsində dövlət və özəl sektorlar arasında qurulan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun təkmilləşdirilməsinə və ümumilikdə sektorun davamlı inkişafına zəmin yaradır. Bu qarşılıqlı fəaliyyət iqtisadi yüksəlişə töhfə verir və regional inteqrasiyanı sürətləndirir.
Diqqət çəkən məqamlardan biri də tədbirdə kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının iştirak etməsidir. Bu il Dövlət Gömrük Komitəsi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi qurumlar sərgilərə öz stendləri ilə qatılırlar. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat Və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da sərgidə stendlə iştirak edəcəklər.
“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli imkanlar məkanıdır. Ənənəvi olaraq bu ilki tədbirdə də dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir.
Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz", TRACECA və "Bir Kəmər, Bir Yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.
Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil ediləcək, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutacaqdır. Tədbir zamanı "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" və s. mövzularda panel diskussiyaları keçiriləcəkdir.
Panel diskussiyalarında nəqliyyat və logistika sahəsində tanınmış ekspertlər, dövlət qurumlarının nümayəndələri məruzəçi qismində çıxış edəcəklər. "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı" adlı panel müzakirəsinin moderatoru qismində ölkədə tanınmış avtomobil bloqeri, “AvtoStop Media”nın baş icraçı direktoru Tural Yusifov çıxış edəcəkdir. Diskussiyalarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri, həmçinin avtombil bloqerləri iştirak edəcək. "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" adlı panel müzakirəsində “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev salamlama nitqi ilə çıxış edəcək, qurumun digər nümayəndəsi isə moderator olacaqdır. Müzakirələrə "Azərbaycan Dəmir Yolları" QSC, “Gürcüstan Dəmir Yolu” SC, “Türkiyə Dövlət Dəmir Yolları” SC, “Moldova Dəmir Yolları” DM və “KTZ-Yük Daşımaları” MMC-nin nümayəndələri qatılacaqdır.
“TransLogistica Caspian” sərgisinin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.
29.05.2025
10:03
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
18 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
04.04.2026
14:14
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
05.02.2026
08:34
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
10.01.2026
10:09
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
10.01.2026
09:33
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
09.01.2026
18:00
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
09.01.2026
17:27
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
09.01.2026
17:18
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
09.01.2026
17:03
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
09.01.2026
15:46
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
09.01.2026
14:42
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
09.01.2026
14:10
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
09.01.2026
13:07
Yanvarın 10-da gözlənilən hava şəraiti
09.01.2026
13:05










.jpg)












