Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib
Mayın 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə Məlumatlarının İdarəetmə Sistemində (BMİS) dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun təqdimatı keçirilib.
Maliyyə Nazirliyinin məlumatına görə, bildirilib ki, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qrupları, icraçı qurumlar və əsas borcalanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim olunan hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq və məlumat dövriyyəsini avtomatlaşdırmaqdır. Həmçinin adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanması və emal proseslərinin operativliyi artırılacaq, vaxt itkisinin qarşısı alınacaq, məlumatların təhlükəsizliyi və etibarlılığı təmin ediləcəkdir.
13 dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun istifadəyə verilməsi Maliyyə Nazirliyi tərəfindən rəqəmsal idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində aparılan ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























