"A-Solutions EPT" şirkətinin Direktoru "M360 Eurasia 2025"də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
21–22 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan M360 Eurasia 2025 tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub. Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Tədbir çərçivəsində A-Solutions EPT MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov “Rəqəmsal inkişafda tərəfdaşlıqların rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində əsas spiker qismində çıxış edib.
Panelin digər iştirakçıları sırasında JazzCash (əvvəlki MobiCash) şirkətinin prezidenti Murtaza Ali, B.EST Solutions şirkətinin baş icraçi direktoru Yana Krimpe və Özbəkistan İnformasiya Texnologiyaları Parkının Baş İcraçı Direktoru Abdulakhad Kuchkarov da yer alıblar.
Çıxışı zamanı Həsən Həsənov strateji tərəfdaşlıqların verdiyi dəyər və yaratdığı imkanları vurğulayaraq deyib: “A-Solutions olaraq inanırıq ki, rəqəmsal inkişafın əsasında düzgün qurulmuş tərəfdaşlıqlar, ortaq dəyərlər və aydın məqsədlər dayanır. Müasir dövrdə rəqabət artıq ayrı-ayrı şirkətlər arasında deyil, bütöv ekosistemlər arasında gedir. Ən böyük nailiyyətlər qarşılıqlı etimad və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıqlarla mümkündür. Belə tərəfdaşlıqlar məhsulu daha geniş bir platformaya, ideyanı isə yeni inkişaf mərhələsinə daşıya bilər. Biz bu yanaşmanı bir strateji seçim olmaqla yanaşı, davamlı uğura aparan yol kimi də dəyərləndiririk”.
O, həmçinin A-Solutions EPT MMC-nin əsas missiyasının ölkədə nağdsız əməliyyatları təşviq etməklə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirib.
Xatırladaq ki, A-Solutions EPT MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış ilk elektron pul təşkilatıdır. “Azercell Telekom” MMC-nin törəmə şirkəti olan A-Solutions fintex sahəsində təqdim etdiyi innovativ məhsul — akart rəqəmsal kartı ilə telekommunikasiya və maliyyə texnologiyalarını bir araya gətirərək həm yerli, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Qeyd edək ki, Azercell Telekom indiyədək iki dəfə M360 Eurasia tədbirinə baş sponsor qismində dəstək verib, builki tədbirdə isə şirkətin rəhbər heyəti panel müzakirələrində fəal iştirakını davam etdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Ən çox oxunanlar
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
















.jpg)




