Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
(®) Birbank Visa taksit və debet kart sahibləri üçün “Bir dünya fürsət” adlı kampaniyaya start verilir.
Kampaniya çərçivəsində müştərilər həm xarici onlayn platformalarda, həm də xarici ölkələrdə edilən ödənişlərə görə 10 000 manatadək pul mükafatı qazana bilərlər.
19 may - 30 iyun 2025-ci il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Visa kartları ilə xarici saytlarda və tətbiqlərdə ən çox pul xərcləyən ilk 5000 müştəri, eləcə də xaricdə POS-terminal vasitəsilə ən çox pul xərcləyən ilk 500 müştəri kampaniyanın qalibləri sırasına düşəcək. Qeyd edək ki, hər iki istiqamət üzrə (xarici onlayn platformalar və xarici ölkədə ödənişlər) ayrı-ayrılıqda kampaniyanın üçüncüsünü 2000, ikincisini 3000, qalibini isə 10 000 AZN pul mükafatı gözləyir. Digər sıralarda olan minlərlə müştəri isə müxtəlif pul mükafatları qazanacaq.
İştirakçılar xüsusi hazırlanmış səhifəyə daxil olaraq FİN və doğum tarixi məlumatlarını yazmaqla sıralamadakı yerlərini, xərclədikləri məbləği və əməliyyatların sayını izləyə bilərlər.
Qeyd edək ki, seçim onlayn və POS ödənişlər üzrə ayrı-ayrılıqda aparılacaq. Kampaniyadakı cari nəticələr və kampaniya haqqında ətraflı məlumat üçün: https://b-b.az/bdfp
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















