Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!
(®) Coca-Cola Azərbaycan 10 aprel – 30 iyun tarixləri arasında çoxdan gözlənilən “Coca-Cola Paylaş” kampaniyasını yenidən həyata keçirir.
Kampaniya çərçivəsində Coca-Cola Klassik və Coca-Cola Sıfır Şəkər məhsullarının 500 ml, 1 l, 1.5 l və 2 l-lik qablaşdırmalarında Azərbaycanda ən çox istifadə olunan insan və qrup adları əks olunmuş butulkalar satışa çıxarılıb.
Bu unikal kampaniya xüsusilə rəqəmsal dünyanın "yerli sakinləri" sayılan Z nəslinin real həyatda daha çox ünsiyyət və iştirakını təşviq etmək məqsədi daşıyır. Ad yazılmış Coca-Cola butulkaları rəqəmsal aləmin keçici münasibətləri əvəzinə, üz-üzə qurulan səmimi əlaqələrin rəmzinə çevrilir. “Coca-Cola Paylaş” kampaniyası insanlara dostluğun, əyləncənin və birgə yaşanan anların dəyərini xatırladır. Burada söhbət sosial şəbəkələrdəki bəyənmə və paylaşma düymələrindən deyil, əsl həyatın içində baş verən, unudulmaz paylaşımlardan gedir.
Kampaniya çərçivəsində Coca-Cola Azərbaycanda bir yeniliyə də imza atır. Belə ki, satışda təxminən 100 ad təqdim olunsa da, adını butulkalarda tapmayanlar üçün fərdi dizayn imkanı yaradılıb. İştirakçılar Gənclik Mall-da, iri supermarket şəbəkələrində quraşdırılacaq xüsusi stendlərə yaxınlaşaraq öz adlarını Coca-Cola butulkalarının üzərinə çap etdirə bilərlər.
Qeyd edək ki, “Coca-Cola Paylaş” kampaniyası Azərbaycanda ilk dəfə 2014-cü ildə həyata keçirilib və böyük maraqla qarşılanıb. 11 ildən sonra Coca-Cola bu uğurlu təşəbbüsü Z nəslinə xitab edərək, rəqəmsallaşan dünyada orijinal və emosional əlaqə formalarını təşviq etmək üçün yenidən təqdim edir. Kampaniya göstərir ki, sevdiklərinlə münasibət qurmaq üçün bəzən sadəcə bir butulka Coca-Cola və səmimi bir paylaşım kifayət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







