Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin məhsulları Türkiyə və digər ölkələrin bazarlarına çıxarılacaq.
Bunu jurnalistlərə açıqlamasında Zavodun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı uzun müddətdir ki, işlər aparılır: “Bu sahədə uzun illərdir ki, çalışırıq. Yeni bağlanılan müqavilə Türkiyə və digər bazarlara çıxışı əhatə edir”.
Xatırladaq ki, mayın 5-də Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb. Sənədi X.Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar. Bununla yanaşı, iki müəssisə arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi X.Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.
Deputat Azərbaycanla Belarus arasındakı 2006-cı ildə Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra əsası qoyulmuş sənaye əməkdaşlığının uğurla davam etdiyini qeyd edib: “Biz Belarus şirkətləri və zavodları ilə əməkdaşlığa 2007-ci ildən başlamışıq, Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu ilə işləmişik. Prezidentin səfərindən sonra Gəncə Avtomobil Zavoduna bu istiqamətdə tapşırıq verildi, biz də getdik, görüşdük və danışıqlar apardıq. Bu gün artıq 18 ildir ki, təkcə həmin zavodlarla yox, digər Belarus müəssisələri ilə də əməkdaşlıq edirik və fəaliyyətimiz göz qabağındadır”.
X. Fətiyev bildirib ki, Belarus traktorlarının istehsalı sahəsində əməkdaşlıq davam edir: “Dünən bağladığımız müqavilə ilə bu istiqamətdə işimizi davam etdiririk. Hazırda ildə təxminən 700-800 traktor istehsal edirik. Zavodda kommunal texnikanın istehsalı da uzun müddətdir ki, həyata keçirilir. Biz bu sahədə də uzun illər əvvəl işə başlamışıq. Almaniyanın "Haller" şirkəti, Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu arasında üçtərəfli müqavilə əsasında tullantı maşınları istehsal olunur və bu əməkdaşlıq davam edəcək”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























