Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Hazırda Azərbaycanda 27 min taksi buraxılış kartı alıb.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 67 minə bərabər idi.
V.Məmmədov parklanma məsələsinə də toxunub:
“Hazırda yaradılan parklanma sistemi şəffaf və rəvandır. Əlbəttə, bəzən bununla bağlı tənqidlər də olur. Amma, istəniıən halda, bizim etdiyimiz müasir şəhər standartlarına uyğun islahatdır”.
Direktor bildirib ki, AYNA-ya gün ərzində mediadan orta hesabla 12 sorğu daxil olur:
Sorğuların araşdırılması vaxt aparır. Biz çalışırıq ki, onların böyük bir qisminə həmin gün cavab verək. Ümumilikdə gün ərzində 80-90 sualı isə sosial media üzərindən alırıq”.
V.Məmmədov vurğulayıb ki, hansısa bir səhv varsa, dərhal aradan qaldırılmasına çalışılır:
“Bizim fəaliyyət sahəmiz o qədər genişdir ki, hər bir vətəndaşın həyatında varıq. Bu da müxtəlif fikirlərin olmasına, müzakirələrə və böhran hallarına səbəb olur. Əsas məsələ odur ki, bu kimi hallardan dərs çıxarılır və növbəti dəfə təkrar olunmur”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























