Martda bankların əhaliyə verdikləri kreditlər üzrə portfeli azalıb
Bankların istehlak kreditləri portfeli 2025-ci ilin yanvar-mart dövründə 2025-ci ilin yanvar-fevral dövrü ilə müqayisədə 59,6 milyon manat və ya 0,7% az olub.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 855.6 milyon manat, cəmi öhdəlikləri 47 milyard 960.7 milyon manat, balans kapitalı 6 milyard 894.9 milyon manat olmuşdur.
Marja.az xəbər verir ki, bu Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.
Mart ayında bankların aktivləri 2.4% (1 milyard 294 milyon manat), öhdəlikləri 2.6% (1 milyard 212.3 milyon manat), balans kapitalı isə 1.2% (81.7 milyon manat) artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 milyont artaraq 27 milyard 877.1 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (14 milyard 935 milyon manat);
ıı) istehlak kreditləri – 30.9% (8 milyard 603.6 milyon manat) və
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 338.5 milyon manat).
(Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-fevral dövründə bankların kredit portfeli 0.3% və ya 77.7 milyon manat artaraq 27 milyard 592.4 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.5% (14 milyard 777 milyon manat); ıı) istehlak kreditləri – 31% (8 milyard 544 milyon manat) və ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 271.4 milyon manat) olmuşdu. Cari ilin Fevral ayının yekunu ilə müqayisədə Mart ayında bankların istehlak kreditləri portfeli kiçilib).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77.8%-i və ya 37 milyard 293.1 milyon manat. Depozit portfelinin 60.5%-i (22 milyard 549 milyon manat) hüquqi şəxslərin, 39.5%-i (14 milyard 744.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9 milyard 9.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
-
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
