"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ
"Grand Agro": Uğurun sirri – Komanda fəlsəfəsiSon zamanlar "Agro Food Investments" (AFİ) şirkəti daxilində fəaliyyət göstərən "Grand Agro" şirkəti mətbuat səhifələrində tez-tez gündəmə gəlir. Yalnız son bir il ərzində şirkət zeytun yağı sahəsində üç möhtəşəm beynəlxalq müsabiqədə uğur qazanaraq adından söz etdirmiş, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən ixrac sahəsindəki nailiyyətlərinə görə medalla təltif olunmuşdur.
Bu uğurların arxasında hansı faktorların dayandığını öyrənmək üçün biz "Grand Agro" şirkətinin Əməliyyatlar üzrə rəhbəri Azər Aslanovla söhbətləşdik.
– "Grand Agro" şirkətinin son bir ildə əldə etdiyi nailiyyətlərin kökündə dayanan əsas səbəbi bir sözlə necə ifadə edərdiniz?
– Komanda.
– Komanda dedikdə hansı prinsipləri nəzərdə tutursunuz?
– Mən buna prinsip deyil, fəlsəfə deyərdim. Bizim fəlsəfənin əsasını "kaizen" yanaşması təşkil edir. Bu da davamlı inkişaf və bütün proseslərin optimallaşdırılmasını nəzərdə tutur.
– Hansı elementlər bu fəlsəfədə daha çox önə çıxır?
– Komanda işi, şəxsi intizam, mənəvi ruh yüksəkliyi, “brainstorm” qruplarının yaradılması, ideya bankının təşkili və liderin şəxsi nümunə göstərməsi əsas sütunlardır.
– Bu fəlsəfənin əsas ideyası nədir?
– Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır. Yəni israfçılığa səbəb olan proseslərin aradan qaldırılması, hər bir əməkdaşın fəaliyyətinin optimallaşdırılması və istehlakçıların tələbatlarının tam şəkildə qarşılanması.
– Qoyduğunuz hədəflərə hansı üsullarla çatırsınız?
– Əsasən rəhbərlərin şəxsi nümunəsi ilə. Eyni zamanda əməkdaşlarımızın davamlı olaraq effektivliyi artıran və maliyyə xərclərini azaldan ideyalarla çıxış etməsi vacibdir. İstehlakçılara yönəlmiş yanaşma, əməkdaşlara verilən dəyər, liderliyin rolu və həm nəticəyə, həm də prosesə fokuslanma, birlikdə innovasiyaların inkişafına şərait yaradır. Komanda quruculuğu və korporativ mədəniyyətin formalaşması mərhələsində Optimization Development, Leadership DNA, talent management (inklüziv və eksklüziv yanaşmalar) və onboarding layihələrinə start verilmişdir.
– Növbəti mərhələdə hansı addımları planlaşdırırsınız?
– Yenilənmiş korporativ mədəniyyətin təşkilati struktura və şirkət strategiyasına inteqrasiyasını həyata keçirməyi planlaşdırırıq.
– Qeyd etdiyiniz yanaşma Azərbaycan biznes mühitində o qədər də adi deyil. Məğlubiyyətdən çəkinmirsiniz?
– (Gülür) 2024-cü ildə qazandığımız uğurlar bunun əksini sübut edir. Hesab edirəm ki, ölkəmizdə bu yanaşmadan istifadə edən rəhbərlər kifayət qədərdir. Şirkətimizdəki əməkdaşlara son zamanlar sosial şəbəkələrdə yayılan Fərid Məmmədovun podkastını izləməyi tövsiyə edirəm. Onunla şəxsən tanış olmasaq da, fəlsəfəmiz və yanaşmalarımız tamamilə üst-üstə düşür.
Nəticə:
"Grand Agro"nun uğur hekayəsi təkcə məhsul keyfiyyəti və ixrac nailiyyətləri ilə deyil, daxili idarəetmə fəlsəfəsi ilə də seçilir. Komanda işi, innovasiya, şəffaf idarəetmə və davamlı inkişaf – bu dörd sütun üzərində qurulmuş bir sistem, şirkəti Azərbaycanın qabaqcıl brendlərindən birinə çevirib.
-Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
10 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
11 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb











.jpg)









