Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 21% səviyyəsində saxlayıb.Rusiya Mərkəzi Bankı ard-arda dördüncü dəfə uçot dərəcəsini 21% səviyyəsində sabit saxlayıb və tarixi maksimumda qalır.
"Mövcud inflyasiya təzyiqləri, o cümlədən davamlı təzyiqlər yüksək olaraq qalsa da, azalmaqda davam edir. Daxili tələbin artımı mal və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir. Eyni zamanda, cari məlumatlara görə, iqtisadiyyat tədricən tarazlaşdırılmış artım trayektoriyasına qayıtmağa başlayıb", - Mərkəzi Bankın press-relizində deyilir.
Marja xəbər verir ki, bu qərarı sorğuda iştirak edən əksər iqtisadçılar və ekspertlər gözləyirdi.
Rusiya Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı növbəti iclası 6 iyun 2025-ci il tarixində keçiriləcək.
Rusiya Bankı inflyasiyanın 2026-cı ildə hədəfə qaytarılması üçün zəruri olan monetar şərtlərin sərtliyini qoruyacaq. Bu, uzunmüddətli sərt pul siyasəti deməkdir. Əsas dərəcə ilə bağlı növbəti qərarlar inflyasiyanın azalmasının sürətindən və davamlılığından və inflyasiya gözləntilərindən asılı olaraq qəbul ediləcək. Baza ssenarisinə əsasən, uçot dərəcəsinin 2025-ci ildə illik 19,5-21,5% , 2026-cı ildə isə 13-14% diapazonunda olacağı nəzərdə tutur.
Rusiya Bankının proqnozuna görə, cari pul siyasəti nəzərə alınmaqla, illik inflyasiya 2025-ci ildə 7 -8 %-ə qədər azalacaq, 2026-cı ildə 4%-ə düşəcək və gələcəkdə də hədəfdə qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























