Roche ABŞ-a 50 milyard dollar sərmayə yatıracaq
İsveçrədə yerləşən Roche əczaçılıq şirkəti qarşıdakı 5 il ərzində ABŞ-da əczaçılıq və diaqnostika sahəsinə 50 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Marja-nın məlumatına görə, Roche-nin yaydığı açıqlamada qeyd olunub ki, investisiya şirkətin ABŞ-da əczaçılıq və diaqnostika sahələrində gücləndirəcək. İnvestisiya ilə 12 000-dən çox yeni iş yerinin yaradılması gözlənilir.
Açıqlamada , hazırda ABŞ-ın 8 ştatında 24 müəssisədə 25 mindən çox işçinin çalışacağı vurğulanıb.
Açıqlamada sərmayənin ölkədə innovativ dərman və diaqnostika portfeli üçün istehsal və paylama potensialının inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin və tədqiqat mərkəzinin yaradılması kimi məsələləri əhatə etdiyi bildirilir.
Açıqlamada, bütün yeni və genişləndirilmiş istehsal imkanları işə düşdükdən sonra Roche-un ABŞ-da idxal etdiyi dərmanlardan daha çox dərman ixrac edəcəyi qeyd edilib və şirkətin diaqnostika bölməsinin hazırda ABŞ-da xarici ticarət profisiti olduğu qeyd edilib.
Açıqlamada şərhləri yer alan Roche Qrupunun İcraçı direktoru Thomas Schinecker, şirkətin dünyanın 130-dan çox ölkəsində güclü irsə sahib bir İsveçrə şirkəti olduğuna diqqət çəkərək, "Bu gün açıqlanan sərmayə ABŞ-da araşdırma, inkişaf və istehsala olan uzunmüddətli öhdəliyimizi vurğulayır" deyib.
Schinecker qeyd edib ki, növbəti beş il ərzində 50 milyard dollarlıq investisiya şirkətin ABŞ-da və bütün dünyada xəstələrə fayda verəcək növbəti innovasiya və inkişaf dövrünün əsasını qoyur.
Alüminium, polad və avtomobil kimi məhsullaratariflər açıqlayan ABŞ prezidenti Donald Tramp, tariflərin əczaçılıq sektoruna da tətbiq ediləcəyini açıqlayıb.
Bunun digər ölkələrdəki əczaçılıq şirkətlərinin öz istehsallarının ABŞ-a köçürməsinə imkan yaradacağını qeyd edən Tramp, "Bunu eşidəndə Çini tərk edəcəklər. Satmaq məcburiyyətində olduqları üçün başqa yerləri tərk edəcəklər. Məhsullarının çoxu burada satılır" bildirib.
Tramp, şirkətlərin ABŞ-da istehsal etdikləri təqdirdə tariflərlə üzləşməyəcəyini bildirmişdi.
Bu ay əczaçılıq şirkəti Novartis də növbəti beş il ərzində 23 milyard dollar investisiya ilə ABŞ-da istehsal, araşdırma və inkişaf fəaliyyətini genişləndirmək planlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























