Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin sonu Müqəddəs Cümə günü ilə əlaqədar olaraq beynəlxalq birjalarda volatillik aşağı olmuşdur, əmtəə və fond birjaları isə ticarətə bağlı idi. Cari həftə isə dolların major valyutalar qarşısında ucuzlaşması ilə başladı. EUR/USD valyuta cütlüyü 1.13860 səviyyəsindən 1.15340 səviyyəsinə qədər artım sərgiləyib. Bu, 2021-ci ilin noyabr ayından bəri ən yüksək göstəricidir. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.32690 həddindən 1.33950 həddinə qədər bahalaşıb, USDJPY cütlüyü isə 142.100 səviyyəsindən 140.620 səviyyəsinə qədər ucuzlaşıb. Eyni zamanda, dollar indeksi (ABŞ-ın altı əsas ticarət tərəfdaşı ölkəsinin valyutalarına qarşı dolların məzənnəsi) 1.11% zəifləyərək 98.28 bəndədək enib və 5 aprel 2022-ci il tarixindən bəri ən aşağı səviyyəyə çatıb.
Bazar iştirakçıları cümə günü ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hasset tərəfindən verilən bəyanata diqqət yetiriblər. Həmin bəyanatda bildirilib ki, prezident Donald Tramp və onun komandası ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin vəzifədən uzaqlaşdırılması imkanını araşdırmaqda davam edir. Tramp daha əvvəl Pauellin əsas faiz dərəcəsini "artıq çoxdan" endirməli olduğunu və onun vəzifəsini tərk etməli olduğunu bildirib. FED rəhbəri isə daha əvvəl Çikaqo İqtisadiyyat Klubunda keçirilən tədbirdə çıxışı zamanı bildirmişdi ki, Tramp administrasiyası tərəfindən tətbiq olunan tariflər gözləniləndən daha yüksək olub və bunun nəticəsində ölkədə inflyasiyanın artması və iqtisadi artımın zəifləməsi baş verə bilər.
Qızıl tarixi rekor həddini yeniləyib. Dəyərli metal bugün səhər saatlarında 3387$-a qədər bahalaşıb. Neftin qiyməti isə ABŞ və İran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişlər fonunda bir qədər ucuzlaşıb. “Brent” markalı neftin bir bareli ötən həftə 67.40$-a ticarət olunurdu, lakin, hazırda artıq 66.20$ səviyyəsində qərarlaşıb. İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü bildirib ki, Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə ekspert səviyyəsində təmasların aparılması barədə razılığa gəliblər.
Ötən həftə Avropa Mərkəzi Bankı faiz dərəcəsini, proqnoz olunduğu kimi, 2.65%-dən 2.40%-ə qədər endirdi, Avrozonada inflyasiya isə illik ifadədə 2.3%-dən 2.2%-ə qədər gerilədi. Həmçinin, ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi mart ayında 0.5% artıb.
Cari həftə ABŞ-da dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sktorunda Biznes Aktivliyi İndeksi və Yeni Məznil Satışlarının Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Böyük Britaniyada və Kanadada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri, eləcə də, Almaniyada və Avrozonada dərc olunacaq Biznes Aktivliyi İndeksləri bazar iştirakçılarının marağına səbəb olacaq.
EUR
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinin təsiri dollar avro qarşısında təzyiq altında saxlamaqda davam edir. Ötən həftəni Müqəddəs Cümə günü ilə əlaqədar üfüqi tendensiyada bitirən valyuta cütlüyü, cari həftənin artımla başlayıb.
Bugün səhər saatlarında 1.13860 səviyyəsindən bahalaşmağa başlayan məzənnə 1.15340 səviyyəsinə qədər yüksəlib. Əgər “buğalar” qiyməti 1.15$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Ticarət Saldosu göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftənin sonu 1.32990 həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, cari həftəni 1.32690 səviyyəsində başlayıb və 1.33970 həddinə qədər bahalaşıb. “Buğalar”-ın qiyməti 1.335$ həddinin üzərində qoruyub saxlayacağı təqdirdə, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və pərakəndə satışların həcmi göstəriciləri funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Beynəlxalq birjalarda ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar fonunda investorların “güvənli liman” maliyyə aktivi olan qızıla marağı daha da artıb. Dəyərli metalın qiyməti bir unsiya üçün 3387$-a qədər yüksələrək bütün dövlərin rekord həddini yenilədi.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
4 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb











.jpg)










