Qızılın qiymətində daha bir rekord
Qızılın unsiyasının qiyməti 3300 dolları da keçərək tarixi ən yüksək səviyyəsinə çatıb (rekord). Bakı vaxtı ilə saat 18:27-də qızıl 2,6% bahalaşma ilə 3314 dollardan ticarət olunub.
Marja xəbər verir ki, bu dəfə qızılın bahalaşmasına, ABŞ prezidenti Donald Trampın dəyərli metalların idxalına rüsumların tətbiq edilib-edilməməsi ilə bağlı yeni araşdırmaya başlaması səbəb olub.
Qlobal tənəzzül narahatlıqları və artan ticarət müharibəsi fonunda bu il külçə qızıl 25 faizə yaxın bahalaşıb. Goldman Sachs da daxil olmaqla aparıcı banklar 2026-cı ilin ortalarında qızılın qiymətinin 4000 dollara yüksələcəyini proqnozlaşdırırlar. Bu il ən azı üç faiz endirimi olacağına dair bazar gözləntiləri də qızıla marağı artırır.
ABŞ Prezidenti Donald Trampın mühüm mineralların idxalına rüsumların tətbiq edilib-edilməməsi ilə bağlı başlatdığı yeni araşdırma ticarət müharibəsində yeni bir "cəbhə" açmaq potensialına malikdir. Bu xəbər investorların qızıl kimi təhlükəsiz aktivlərə üz tutmasına səbəb olub. Çərşənbə axşamı Tramp Çinin Boeing təyyarələrinin tədarükünü dayandırmaq qərarına cavab olaraq Çini danışıqlara başlamağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















