Çində iqtisadi artım proqnozu üstləyib
ABŞ-ın tarif təhdidlərinə və iri investisiya banklarının illik artım proqnozlarını azaltmalarına baxmayaraq, Çin iqtisadiyyatı 2025-ci ilin birinci rübübdə gözləniləndən daha sürətli olmaqla 5,4 faiz artıb.
Marja xəbər verir ki, tarif narahatlıqları fonunda birinci rübdə Çinin ÜDM-nin artım sürətinin 5,1% səviyyəsində olacağı təxmin edilirdi.
Beləliklə, birinci rübdə ÜDM-in artım tempi iqtisadçıların illik 5,1 faiz artım proqnozlarını üstələyib. Bu artım, 2024-cü ilin sonunda başlayan geniş stimullaşdırma siyasətinə əsaslanır.
Milli Statistika Bürosunun çərşənbə günü açıqladığı məlumatlara görə, pərakəndə satışlar mart ayında illik müqayisədə 5,9 faiz artaraq analitiklərin 4,2 faizlik artım gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib. Sənaye istehsalı əvvəlki ilə nisbətən 7,7 faiz artıb; Bu, 5,8 faiz olan proqnozdan xeyli yüksəkdir.
Əsas kapitala investisiyalar ilin birinci rübündə 4,2 faiz artıb. Bununla belə, daşınmaz əmlak sektoru 9,9 faiz azalaraq əsas kapitala investisiyalara təzyiq göstərməkdə davam edib. Bunun əksinə olaraq, infrastruktur və istehsal investisiyaları sürətlənib.
Şəhərlərdə işsizlik nisbəti fevraldakı 5,4 faizdən (son iki ilin ən yüksək səviyyəsi) mart ayında 5,2 faizə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)







