m10 ilə daha geniş imkanlar: FİN identifikasiyasının əhəmiyyəti
FİN qeydiyyatından keçmədən m10-dan müəyyən limitlər daxilində istifadə etmək mümkündür.(®) Rəqəmsal ödənişlər dünyasında çeviklik və təhlükəsizlik əsas prioritetlərdəndir. m10 tətbiqi bu sahədə innovativ yanaşmalar təqdim edərək istifadəçilərə gündəlik maliyyə əməliyyatlarını rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır.
Maliyyə əməliyyatları qanunvericiliyə uyğun şəkildə tənzimlənir və bunun üçün istifadəçilərin KYC (Know Your Customer - FİN kodu ilə identifikasiya) prosesindən keçməsi vacibdir. Lakin bəzi istifadəçilər bu prosesə qoşulmaqda tərəddüd edirlər və bu da m10-un imkanlarından hansı səviyyədə yararlana biləcəkləri ilə bağlı suallar doğurur.
FİN (KYC) qeydiyyatından keçmədən m10-dan istifadə mümkündürmü?
Bəli, FİN identifikasiyası olmadan da m10 tətbiqindən müəyyən limitlər daxilində istifadə etmək mümkündür:
- Aylıq əməliyyat limiti: 300 AZN. Balansı həm bank kartı, həm də MilliÖn terminalları vasitəsilə artırmaq olar. Lakin MilliÖn vasitəsilə artırma üçün FİN kodu ilə qeydiyyat tələb olunur.
- Ödəniş funksiyaları: 300 AZN aylıq limit çərçivəsində Bakıkart, QR və tətbiqdaxili ödənişlər mümkündür.
FİN identifikasiyasının üstünlükləri nələrdir?
- Aylıq 5000 ₼-dək komissiyasız ödəniş imkanı.
- Köçürmə və nağdlaşdırma funksiyalarının aktivləşdirilməsi
- Kredit məhsulları və beynəlxalq əməliyyatlara müraciət imkanı
FİN qeydiyyat prosesi necə həyata keçirilir?
FİN kodu ilə identifikasiya prosesi sadə, sürətli və təhlükəsizdir. Yalnız şəxsiyyət vəsiqənizi istifadə edərək tətbiq üzərindən bir neçə dəqiqəyə qeydiyyatını tamamlaya bilərsiniz. Bu, sizə m10-un bütün imkanlarından sərbəst şəkildə yararlanmağa şərait yaradacaq.
PashaPay istifadəçilərə m10-un tam funksionallığından faydalanmaq üçün FİN identifikasiyasından keçməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
31 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
38 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
























.jpg)

