ÜTT: ABŞ-Çin qarşıdurması qlobal real ÜDM-in uzunmüddətli 7% azalmasına səbəb ola bilər
ÜTT-nin Baş Direktoru Nqozi Okonjo-İveala (Ngozi Okonjo-Iweala) xəbərdarlıq edib ki, ABŞ və Çin arasında ticarət gərginliyinin artması iki ölkə arasında mal ticarətinin 80 faizə qədər kəskin azalmasına və qlobal real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər.Ümumdünya Ticarət Təşkilatı (ÜTT) hesab edir ki, ABŞ-Çin qarşıdurması qlobal real Ümumi Daxili Məhsulun (ÜDM) uzunmüddətli 7% azalmasına səbəb ola bilər.
Marja xəbər verir ki, ÜTT-nin Baş Direktoru Nqozi Okonjo-İveala (Ngozi Okonjo-Iweala) yazılı açıqlamasında, ABŞ və Çin arasındakı tarif hesablaşmasının iki ölkə arasındakı ticarətlə yanaşı, qlobal iqtisadi mənzərəyə də zərər verə biləcəyini qeyd edib.
Qlobal ticarətin əhəmiyyətli bir hissəsini təşkil edən dünyanın iki ən böyük iqtisadiyyatı arasında “qisasa-qisas” yanaşmasının risklərinə diqqət çəkən Okonjo-Iweala, “İlkin hesablamalarımıza görə, bu iki iqtisadiyyat arasında mal ticarəti 80-ə qədər azala bilər” deyib.
Okonjo-İweala, mənfi makroiqtisadi inkişafın digər iqtisadiyyatlara, xüsusilə də ən zəif inkişaf etmiş ölkələrə yayılacağını vurğulayaraq, aşağıdakı qiymətləndirməni edib:
"Qlobal ticarətin geosiyasi xətlər üzrə parçalanma potensialı xüsusilə narahatedicidir. Qlobal iqtisadiyyatın iki bloka parçalanması qlobal real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər. Üstəlik, ticarətin istiqamətini dəyişdirməsi koordinasiyalı qlobal reaksiya tələb edən təcili təhlükə olaraq qalır. Biz bütün ÜTT üzvlərini əməkdaşlıq və dialoq vasitəsilə bu problemi həll etməyə çağırırıq.
Qlobal birliyin beynəlxalq ticarət sisteminin açıqlığını qorumaq üçün birgə işləməsi çox vacibdir. ÜTT üzvləri açıq, qaydalara əsaslanan ticarət sistemini saxlamağa borcludurlar. ÜTT dialoq üçün mühüm platforma rolunu oynayır. Bu məsələlərin əməkdaşlıq yolu ilə həll edilməsi vacibdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























