Vergilər ən çox Apple-ı vurdu: Bazar dəyərində tarixi azalma
Texnologiya nəhəngi Apple investorların satış hərəkətindən qaça bilməyib. Şirkətin səhmləri ardıcıl bir neçə gündür ucuzlaşır
Marja.az xəbər verir ki, səhmlərinin satışı, Apple-ın bazar dəyərindən cəmi 638 milyard dollar silinməsi ilə nəticələnib. Şirkətin ümumi dəyər itkisi 19 faizə çatıb.
Analitiklərin fikrincə, Apple qlobal istehsal zəncirinin əhəmiyyətli bir hissəsini Çinə etibar etdiyi üçün ABŞ və Çin arasındakı ticarət müharibəsindən ən çox mənfi təsir görən şirkətlərdən biridir. Çinə tətbiq edilən 104 faizlik tarif Apple məhsullarına birbaşa xərc təzyiqi yaradır.
Apple istehsalının bir hissəsini Hindistan, Vyetnam və Taylanda köçürsə də, bu ölkələr də Prezident Trampın tariflərinə daxildir.
iPhone qiymətləri 350 dollar arta bilər
Bazar ertəsi dərc edilən UBS-in təhlilinə görə, Apple-ın ən yüksək səviyyəli iPhone modellərinin qiyməti 350 dollara qədər arta bilər. Bu o deməkdir ki, hazırda 1199 dollara satılan modelin qiyməti təxminən 30 faiz arta bilər.
Barclays analitiki Tim Long proqnozlaşdırır ki, Apple ya qiymətləri qaldırmalı, ya da səhmbaşına qazancının (dividendinin) 15 faizə qədər azalacağını görəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















