Çin ABŞ-ın tariflərinə cavab verdi: Biz boyun əyməyəcəyik
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın qüvvəyə minən tarifləri ilə bağlı açıqlama yayıb. "ABŞ tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışır. Çin heç vaxt bu zorakılıq davranışına boyun əyməyəcək", - nazirliyin bəyanatında deyilir.ABŞ, Çinə tətbiq etdiyi gömrük rüsumunu 104 faizə yüksəltdikdən sonra, Çin bəyanat yayıb.
Marja xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "ABŞ tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışır. Çin heç vaxt bu zorakılıq davranışına boyun əyməyəcək".
ABŞ prezidenti Donald Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini (gömrük rüsumlarını) açıqlayıb. Tramp, digər ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə 10 faizdən 50 faizədək gömrük rüsumu dərəcələrini elan edib. Bu çərçivədə ABŞ-ın Çindən idxalına 34 faiz gömrük rüsumu tətbiq edilib.
Çin ABŞ-ın tarif qərarına reaksiya verən ilk ölkə olub və 34 faizlik əlavə tarifə cavab olaraq, ABŞ-dan idxal olunan mallara eyni nisbətdə (34%) əlavə tarif tətbiq edəcəyini açıqlayıb.
Tramp da, Çinin cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumunu geri götürməməsi halında ölkəyə əlavə 50 faizlik gömrük rüsumunu tətbiq edəcəyini açıqlamışdı. Çin 34 faizlik cavab tarifini ləğv etmədiyi üçün ABŞ bu gün Çindən idxal əlavə 50 faizlik tarif tətbiq edib.
ABŞ prezidenti Tramp daha əvvəl fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq etmişdi, martın 4-də isə Çin üçün tarif dərəcəsini 20 faizə qaldırmışdı. Bu sərəncamlar ilə ABŞ-ın Çindən idxala tətbiq etdiyi tarif dərəcəsi 104 faizə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















