Trampın, Azərbaycan daxil ölkələrə elan etdiyi tariflər qüvvəyə mindi
ABŞ prezidenti Donald Trampın təxminən 60 ölkəyə elan etdiyi gömrük rüsumları bu gün səhər saatlarında qüvvəyə minib. Tariflər 10%-50% aralığındadır.
Marja xəbər verir ki, Çinin cavab tədbirindən sonra Tramp ölkəyə əlavə 50 faizlik gömrük rüsumunu elan edib. Belə ki, Çindən idxal olunan məhsullara tətbiq olunacaq gömrük rüsumunun dərəcəsi bu gün səhər saatlarında 104% olaraq qüvvəyə minib.
ABŞ prezidenti tariflərin qüvvəyə minməsinə qədər vaxtını ABŞ müttəfiqləri ilə danışıqlara sərf edib. Çərşənbə axşamı Asiya və Avropa liderləri Ağ Evlə danışıqlar aparmaq planlarını açıqlayıblar. Tramp və yüksək səviyyəli administrasiya rəsmiləri də ABŞ-ın tarifləri azalda və ya ləğv edə biləcək sövdələşmələrə açıq olduğuna işarə ediblər.
Çinin ABŞ-ın 34% rüsumuna cavab verməsini "səhv" olaraq xarakterizə edən Tramp, "Çin razılaşmaq istəyir, lakin bunu necə başlayacaqlarını bilmirlər. Onların çağırışını gözləyirik. Bu baş verəcək!", deyib.
Tramp, prezident səlahiyyətlərini icra edən Han Duck-soo ilə telefon danışığında Cənubi Koreya ilə ticarət razılaşmasının perspektivlərinin “yaxşı göründüyünü” və Yaponiya rəsmilərinin danışıqlar üçün ABŞ-a gələcəyini bildirib. ABŞ prezidenti əlavə edib ki, son bir həftə ərzində danışıqlar tələb edən 70-ə yaxın ölkə ilə ticarət sazişləri üzrə danışıqlara hələ vaxt lazımdır. Digər tərəfdən, ABŞ prezidenti dərmanlara gömrük rüsumlarını yaxın vaxtlarda elan edəcəyini açıqlayıb.
Aprelin 2-sində ABŞ prezidenti Donald Tramp yeni tarifləri açıqlayıb. ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri 10% - 50% civarında dəyişir. Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir. Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün, ABŞ da Azərbaycana 10% vergi tətbiq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















