Qızılın qiyməti 3000 dollardan aşağı düşüb
Qlobal bazarlarda qızılın qiyməti 3000 dollar səviyyəsindən aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09:30-da qızılın unsiyası 2994 dollara ticarət olunub.
Qlobal tənəzzüllə bağlı narahatlıqlar fonunda investorlar digər aktivlərdəki itkilərini kompensasiya etmək üçün son günlər qızıl satdıqları üçün qiymətlər aşağı düşüb.
İnvestorlar niyə qızıl satırlar?
Qeyri-müəyyənlik dövründə "təhlükəsiz sığınacaq" olaraq görülən və belə vəziyyətlərdə bahalaşan qızılın bu ucuzlaşması, bəzi investorların mənfəət götürmək və ya digər aktivlərdəki itkiləri bağlamaq üçün qızıl satmaları ilə bağlıdır.
Ekspert şərhi: Qızılda yüksəliş tendensiyası davam edə bilər
"Reliance Securities"in baş analitiki Jigar Trivedi, "Ticarət müharibəsindəki eskalasiya qlobal tənəzzülə səbəb ola bilər ki, bu da təhlükəsiz sığınacaq kimi qızıla tələbi artıra bilər. Müvəqqəti enişlərə baxmayaraq, qızıl üçün ümumi proqnoz güclü olaraq qalır və yüksəliş trendinin davam edəcəyi gözlənilir", - deyə bildirib.
Fed protokolları və inflyasiya məlumatları gözlənilir
Bazar iştirakçılarının diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) çərşənbə günü açıqlanacaq son iclasının protokollarına yönəlib. Bundan əlavə cümə axşamı açıqlanacaq İstehlakçı Qiymətləri İndeksi (CPI) məlumatları və Cümə günü açıqlanacaq İstehsalçı Qiymətləri İndeksi (PPI) məlumatları da FED-in faiz siyasəti ilə bağlı ipucları baxımından əhəmiyyətlidir.
Faizlərin azaldılması ilə bağlı gözləntilər artır
Fyuçers bazarı, FED-in dekabr ayına qədər faiz dərəcələrini bir neçə dəfə azaldacağını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















