"OPEC+"ın qərarından sonra neft qiymətləri kəskin düşdü
OPEC+ may ayında neft hasilatını artırmaq planına sadiq qaldığı üçün, neft qiymətləri kəskin düüşb. Brent markalı neftin qiyməti 6% azalaraq 70 dollar/barel səviyyələrinə geriləyib. Trampın tariflərinə əlavə olaraq, OPEC+-ın may ayında hasilatı gündəlik 411 min barel artıracağı barədə açıqlama kotirovkalara təzyiq göstərir.Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın başçılıq etdiyi səkkiz "OPEC+" üzv ölkəsi may ayında neft hasilatını gündəlik 411 min barel artırmaq planlarını davam etdirmək barədə razılığa gəliblər.
Marja.az xəbər verir ki, Brent markalı neft 6%-dən çox ucuzlaşaraq 70 dollar/barelə düşüb. Neftin qiyməti sonuncu dəfə martın 20-də 70 dollar/barel səviyyələrində olub.
Açıqlamaya görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iyun ayı üçün hasilat səviyyələrini müəyyən etmək üçün mayın 5-də görüşəcəklər.
ABŞ prezidenti Donald Trampın əlavə gömrük rüsumları barədə açıqlamasından sonra 4 faizdən çox ucuzlaşan neft, "OPEC+"ın bəyanatından sonra daha da dəyərdən düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















