BOKT xalis mənfəətini 34 faizə yaxın artırdığını açıqladı
"Kəpəz BOKT" MMC-nin kredit portfeli böyüyüb, gəlirləri və mənfəəti isə artıb."Kəpəz BOKT" MMC 2024-cü ili 1 milyon 857 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ili 1 milyon 390 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Kəpəz BOKT"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 468 min manat və ya 33,6% artıb.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Kəpəz BOKT"ın faiz gəlirləri 2023-cü ildə 3 milyon 579 min manat ikən, 2024-cü ildə 4 milyon 402 min manat təşkil edib (823 min manat və ya 23% artıb).
"Kəpəz BOKT"ın digər gəlirləri isə 2023-cü ildə 287 min manat ikən, 2024-cü ildə 432 min manat olub.
KREDİT PORTFELİ 10 MİLYON MANATI KEÇİB
"Kəpəz BOKT" MMC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 667 min manat və ya 18,5% artaraq 10 milyon 665 min manata çatıb. 2023-cü ilin sonunda Təşkiların kredit portfeli 8 milyon 998 min manat təşkil etmişdi.
"Kəpəz BOKT"ın yaydığı press-relizdə də bildirilir ki,2024-ci ildə "Kəpəz BOKT" MMC-nin faiz gəlirləri 823 min manat və ya 23% artaraq 4 milyon 402 min manata yüksəlib. Bu dövrdə faiz xərcləri isə cəmi 3% artaraq 874 min manat olub.
"Nəticədə BOKT 2024-cü ili 3 milyon 528 min manat xalis faiz gəliri ilə başa vurub (30% artım). Bu məbləğin 223 min manatı dəyərsizləşmə üzrə ehtiyat kimi ayrılıb. Yeri gəlmişkən, 2023-cü illə müqayisədə dəyərsizləşmə ehtiyatı kimi ayrılan məbləğ azalıb – bu göstərici BOKT-un aktivlərinin və kredit portfelinin daha sağlam olduğunu göstərir.
Bundan əlavə BOKT digər gəlirlər qismində 432 min manatlıq əlavə gəlir əldə edib (50% artım). Nəticədə BOKT-un illik əməliyyat gəlirləri 3 milyon 737 min manat olub. Bu 2023-cü illə müqayisədə 1 milyon manat artıqdır. 2024-cü ildə "Kəpəz BOKT" MMC-nin fəaliyyətini genişləndirməsi nəticəsində inzibati xərcləri də artıb, bu xərclər 2023-cü illə müqayisədə 36% artaraq 1,4 milyon manata çatıb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 2 milyon 339 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 35% artıqdır. 482 min manat mənfəət vergisi ödənişindən sonra "Kəpəz BOKT" MMC 2024-cü ili 1 milyon 857 min manat xalis mənfəətlə tamamlayıb. Əvvəlki illə müqayisədə, xalis mənfəət təqribən 33% artıb", -məlumatda deyilir.
Ötən il BOKT-un aktivləri 2,3 milyon manat və ya 24% artaraq 9,8 milyon manatdan 12,1 milyon manata yüksəlib. Aktivlərin əkisər bəndlərində artım baş verib, əsas yeri şirkətin kredit portfelinin böyüməsi tutur.
2024-cü ildə "Kəpəz BOKT" MMC-nin öhdəlikləri təqribən 500 min manat artaraq 6 milyon 792 min manat olub. Bu dövrdə şirkət kredit portfelini böyütmək üçün vəsait cəlbini artırıb. Belə ki, müddətli borc öhdəlikləri 300 min manatdan çox artaraq 1,7 milyon manata yaxınlaşıb, səhmdarlar qarşısında olan borc öhdəlikləri isə 664 min manat çatıb.
Eyni zamanda "Kəpəz BOKT" MMC ötən il istiqrazlar üzrə öhdəliklərini 464 min manat azaldaraq 4,6 milyon manatdan 4,1 milyon manata endirib.
"2024-cü ildə "Kəpəz BOKT" MMC-nin kapitalı 1,86 milyon manat və ya 55% artaraq 5,3 milyon manata yüksəlib. Davamlı artımlar nəticəsində son 2 ildə BOKT-un kapitalı təqribən 2,5 dəfə böyüyüb ki, bu da qurumun maliyyə dayanıqlığının ciddi şəkildə artması deməkdir", - məlumatda qeyd edilib.
Ötən il kapitalının strukturunda da mühüm dəyişiklik baş verib- şirkətin bölüşdürülməmiş mənfəəti 2 dəfədən çox artaraq 3,3 milyon manatı keçib. Başqa sözlə, ilk dəfə olaraq "Kəpəz BOKT" MMC-nin kapitalında bölüşdürülməmiş mənfəətin həcmi səhmdarların yatırdığı ilkin kapitalı üstələyib.
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
2 saat əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
9 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp Davosa gedərkən təyyarədə texniki problem yaranıb
Rəsmi məzənnələr açıqlandı
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
Ən çox oxunanlar
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib





















