İƏT Azərbaycanda sahibkarlığın inkişafına dəstək verəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.
Qurumun Qlobal Münasibətlər katibliyinin Avrasiya bölməsi üzrə rəhbəri Villam Topmson və Avrasiya rəqabətlilik proqramı üzrə layihə rəhbəri Daniel Quadbek ilə müzakirələr zamanı, qonaqlara, Azərbaycanda aparılan iqtisadi islahatlar, qəbul olunan Strateji Yol Xəritələri, Rəqəmsal Ticarət Qovşağı eləcə də Azexport portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verilib.
İİTKM-in icraçı direktoru əlavə edib ki, Azərbaycanda həm makroiqtisadi, həm də sektorlar üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müxtəlif proqramlar həyata keçirilib. Bu istiqamət çərçivəsində aparılan işlər özünün real nəticələrini verir. Çünki son dövrlər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər var.
Müzakirələr zamanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndələri Azərbaycanla əməkdaşlıqda xüsusi ilə maraqlı olduqlarını bildiriblər. Qurumun layihə rəhbəri Daniel Quadbek Starteji Yol Xəritəsi üzrə əməkdaşlıq imkanlarının olduğunu deyib.
O bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində isteklak mallarının istehsalına dair Starteji Yol Xəritəsinin monitorinq və koordinasiyası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq etmək niyyətindədirlər. Qurum bu mövzu çərçivəsində Azərbaycanda bir sıra seminarların və təlimlərin təşkilində təşəbbüslə çıxış edir.
Danışıqlar yekunlaşdıqdan sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin fəaliyyəti və gördüyü işlər barədə geniş məlumat verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























