Türkiyə Mərkəzi Bankının xalis valyuta mövqeyi 27 milyard dollar azalıb
İmamoğlunun saxlanılması ilə başlayan valyuta satışları ilə əlaqədar olaraq Türkiyə Mərkəzi Bankın xalis valyuta mövqeyi 3 gün ərzində təxminən 27 milyard dollar azalıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) xalis valyuta mövqeyi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanıldığı 19 Mart Çərşənbə günündən başlayaraq üç gün ərzində təxminən 27 milyard dollar azalıb.
Marja xəbər verir ki, bu barədfə Reuters məlumat yayıb.
TCMB-nin balans hesabatına görə, 21 Mart Cümə günü valyuta satışları xalis valyuta mövqeyində 12,5 milyard dollar azalmaya səbəb olub.
Məzənnə 38 ətrafında sabitləşdi
Aylarla davam edən sabit vəziyyətdən sonra Dollar/Türkiyə Lirəsi (TL) çərşənbə günü yeni rekord səviyyəyə - 42 səviyyəsinə yüksəlmişdi. TCMB-nin valyuta satışından sonrakı Dollar 38 Türkiyə Lirəsi ətraına düşmüşdü. Məzənnə bu gün də 38 lirə səviyyələrindədir.
Cevdet Yılmaz: Ehtiyatlarda müəyyən itki var idi
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, "Son dövrlərdə xaos görüntüsü və qeyri-sabitlik mühiti yaratmaq üçün səylər gördük. Yaradılan xaos və təhlükəsizlik problemləri təəssüf ki, iqtisadiyyata müəyyən qədər mənfi təsir etdi. Hər kəs bu ölkənin iqtisadiyyatını düşünməlidir" deyib.
Yılmaz, "Ehtiyatlarda müəyyən itki olduğu göz qabağındadır. Mərkəzi Bankımız və "Sermaye Piyasası Kurulu" tərəfindən bir sıra zəruri proaktif addımlar atıldı" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















