ABŞ neftin qiyməti proqnozunu aşağı saldı
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, EIA-nın “Qısamüddətli Enerji Proqnozları Hesabatı Mart 2025”ə görə, buna səbəb gömrük tariflərininin iqtisadi artım barədə yaratdığı narahatlıqlardır.
İlin ortalarına qədər qlobal neft bazarının nisbətən sabit olacağını proqnozlaşdıran hesabata görə, növbəti dövrlərdə neft ehtiyatlarında artım gözlənilir.
Bu çərçivədə İran və Venesuelada xam neft hasilatının azalması səbəbindən ilin ikinci rübündə neft ehtiyatlarında cüzi azalma olacağı təxmin edilir. Nəticədə üçüncü rübdə Brent markalı neftin orta qiymətinin 70 dollar/barel civarından 75 dollar/barelə yüksələcəyi gözlənilir.
Bununla belə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqlərinin (OPEC+), OPEC-ə daxil olmayan ölkələrin neft istehsalını artırmaları ilə sonra xam neftin qiymətlərinə aşağı düşəcəyi nəzərdə tutulur.
Müvafiq olaraq, bu il Brent markalı neftin orta barel qiymətinin 74,22 dollar olacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 74,50 dollar olaraq qiymətləndirilmişdi.
ABŞ xam neftinin orta barel qiymətinin 70,68 dollar olacağı gözlənilir. Sözügedən rəqəm keçən ay 70,62 dollar olaraq hesablanmışdı.
EIA ötən il üçün Brent markalı neftin orta qiymətini 80,56 dollar, WTI markalı xam neftin orta qiymətini isə 76,60 dollar elan etmişdi.
ABŞ-ın xam neft hasilatı
Bu il ABŞ-da orta gündəlik xam neft hasilatının təxminən 13,61 milyon barrel olacağı gözlənilir. Bu rəqəm keçən il təxminən 13 milyon 220 min barel təşkiletmişdi.
Keçən ayın hesabatında ABŞ-ın bu il üçün xam neft hasilatı 13,59 milyon barel səviyyəsində təxmin edilmişdi.
Digər tərəfdən, bu il qlobal neft hasilatının gündəlik 104 milyon 170 min barrel, qlobal neft istehlakının isə gündəlik 104 milyon 130 min barrel olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















