İsveçrənin əczaçılıq şirkəti Danimarkanın biotexnoloji şirkətinin hüquqlarını 5,3 milyard dollara satın alır
Roche, Zealand Pharma-nın piylənmə dərmanı üzrə hüquqlarını 5,3 milyard dollara satın alır.İsveçrə əczaçılıq şirkəti Roche, sürətlə böyüyən arıqlama məhsulları xəttini genişləndirmək üçün Danimarkanın biotexnologiya şirkəti Zealand Pharma ilə 5,3 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, Roche yaydığı açıqlamada Zealand Pharma-nın piylənmə dərmanının hüquqlarını satın aldığını bildirib.
Müqaviləyə əsasən, Roche və Zealand Pharma "Petrelintide" adlı dərmanın təkmilləşdirilməsi və kommersiyalaşdırmaq üçün birlikdə çalışacaqlar.
Əməkdaşlıq və lisenziya müqaviləsinə əsasən, Zealand Pharma Roche-dən 1,65 milyard dollar ilkin ödəniş alacaq. Performans və satışlara əsaslanan əlavə ödənişlər də daxil olmaqla, Roche ilə müqavilənin yekun dəyərinin 5,3 milyard dollara qədər olacağı gözlənilir.
2-ci tip diabet və piylənmənin müalicəsi üçün Zealand Pharma tərəfindən hazırlanmış "Petrelintide", klinik sınaqlarının ikinci mərhələsindədir.
Roche və Zealand Pharma, mənfəət və zərərləri bölüşərək dərmanı ABŞ və Avropada birgə satmağı planlaşdırır. Roche, ABŞ və Avropadan kənarda dərman üçün marketinq hüquqlarına sahib olacaq.
Müqavilənin lazımi icazələrin alınmasından sonra 2025-ci ilin ikinci rübündə başa çatdırılması gözlənilir.
Zealand Pharma-nın səhmləri sövdələşmənin elanından sonra 37 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























