Turan, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu
(®) Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda, United Payment şirkətinin lisenziyası əsasında, rəqəmsal pul kisəsi fəaliyyətinə başladığını açıqlayıb. Bu inkişaf Turanın türk dünyasında maliyyə inteqrasiyasını gücləndirmək vizyonunda mühüm addım olacaq.
Tətbiq sadəcə maliyyə tətbiqi olmaqla yanaşı, türk dünyasını birləşdirən rəqəmsal körpü olma yolunda sürətlə irəliləyir və Azərbaycan bazarına girərək regional türk maliyyə ekosistemini qurmağa hazırlaşır.
Türkiyədə Türk soyluların üstünlük verdiyi yeganə maliyyə tətbiqi olan Turan (United Payment), yaxın gələcəkdə Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi digər türk dövlətlərində də lisenziyalı rəqəmsal pul kisəsi tətbiqlərini həyata keçirməyə hazırlaşır.
Bu, milyonlarla insanın maliyyə azadlığına töhfə verəcək
Türk dövlətləri arasında pul köçürmə dəhlizləri yaratmağı hədəfləyən Turan Azərbaycan, Qazaxıstan, KKTC, Qırğızıstan və Özbəkistana saniyələr ərzində pul köçürmə imkanları təqdim edir. Gündəlik milyonlarla lirə köçürmə həcminə çatan tətbiq, Türkiyədə yaşayan türk soydaşlarının maliyyə əməliyyatlarını asanlaşdırır və Türkiyə daxilindəki bütün istifadəçilərinə 100% rəqəmsal və sərfəli maliyyə xidmətləri təqdim etməyə davam edir.
Bu xidmətlər sərhədlərarası əməliyyatları daha əlçatan və daha sürətli edir, türk dünyasında milyonlarla insanın maliyyə azadlığına töhfə verir.
Türk dünyasında maliyyə sərhədlərini aradan qaldırmağa davam edirik
Mövzu ilə bağlı fikirlərini bölüşən Turan-ın qurucusu və baş direktoru Özgür Bayraktar deyib:
“Azərbaycanda lisenziya ilə fəaliyyətə başlamaq türk dünyasında maliyyə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük addımdır. Turan pulqabılar arasında pul köçürmə infrastrukturunu gücləndirməklə hədəf ölkələr arasında pul köçürmə dəhlizlərini tamamilə dəyişəcək. Ənənəvi bank sistemləri ilə müqayisədə daha sürətli və daha ucuz həllər təqdim edən Turan, Türk dünyasında maliyyə sərhədlərini aradan qaldıracaq və milyonlarla insana asanlıqla əldə edilə bilən maliyyə xidmətləri təqdim edəcək”.
Turanın, lisenziyasından Türk Dövlətlərində istifadə etdiyi və birlikdə fəaliyyət göstərdiyi iş ortağı United Payment şirkətinin Azərbaycan üzrə Baş İcraçı Direktoru Edqar Abdullayev bunları qeyd edib:
“Bölgənin fintech sahəsində xidmət göstərən güclü Türk şirkəti olaraq doğma ölkəmiz Azərbaycana verdiyimiz töhfələr çox dəyərlidir. Biz tam əminik ki, lisenziyalaşma prosesindən keçmiş United Payment, Turanın uğurlarını daha da irəli aparacaq. “United Payment”in güclü infrastrukturu sayəsində biz Turan-ın innovativ tətbiqləri ilə Azərbaycanda maliyyə rəqəmsallaşmasına böyük töhfələr verməyi hədəfləyirik”.
Qeyd: Turan, Azərbaycan Respublikası Mərkəzi Bankının EPT-002 qeydiyyat nömrəli Elektron Pul Təşkilatı lisenziyası əsasında fəaliyyət göstərən "United Payment" MMC-nin məhsuludur.
Tətbiqi yükləmək üçün:
İOS: https://apps.apple.com/az/app/turan-az%C9%99rbaycan/id6742053821
ANDROID: https://play.google.com/store/apps/details?id=com.turan.mobile.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























