ABŞ-da 2020-ci ildən bəri ən böyük işçi ixtisarı - 172 MİN
ABŞ-da yerləşən işəgötürənlər fevral ayında 172 min 17 iş yerini ixtisar etdiklərini açıqlayıblar. Bu, 2020-ci ildən bəri ən böyük işçi ixtisarıdır.
Marja xəbər verir ki, bu barədə "Reuters" "Challenger, Gray & Christmas" işəqəbul şirkətinin məlumatlarına istinadən yazır.
"Challenger, Grey & Christmas" şirkətinin baş vitse-prezidenti Endryu Çellencerin sözlərinə görə, fevral ayında özəl şirkətlər, xüsusən pərakəndə satış və İT sektorlarında minlərlə işçini ixtisar etdiyini elan edib.
Bundan əlavə, işçilərin ixtisarının artmasına ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin tədbirləri (federal dövlət qurumları ötən ay 62 mindən çox insanı işdən çıxarıb), hökumət müqavilələrinin ləğvi, ticarət müharibələri və korporativ sektorda iflas qorxusu təkan verib.
Qeyd edilib ki, Prezident Donald Tramp administrasiyasının siyasətləri əmək bazarına zərər vurur.
"Challenger, Gray & Christmas" iş yerlərinin ixtisarının keçən ay 245% artaraq 172 min 17 nəfərə çatdığını, bunun iqtisadiyyatın COVID-19 pandemiyasının təsirində olduğu 2020-ci ilin iyulundan bəri ən yüksək səviyyə olduğunu qeyd edib. Həmçinin bu, 16 il əvvəl Böyük Tənəzzüldən bəri ən yüksək fevral göstəricisidir.
Hökumət ixtisarların böyük hissəsini həyata keçirib. Belə ki, hökumət 62 min 242 iş yerinin ixtisar edib. Hökumət ilin ilk iki ayında təxminən 62 min 530 nəfəri işdən çıxarıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,311% artım deməkdir.
"Kütləvi ixtisarlar baş verdikdə, bu, qalan işçiləri narahat və qeyri-müəyyən hiss edir", - "Challenger, Grey & Christmas" şirkətinin baş vitse-prezidenti Andrew Challenger deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















