"ADOBE Systems" Azərbaycanda qeydiyyata alındı - XİDMƏT ALANDA ƏDV HESABLANMAYACAQ
“Adobe Systems Software Ireland Limited” şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar tərəfindən ƏDV məbləği hesablanmayacaq.Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir. Daha bir nüfuzlu beynəlxalq şirkət bu məqsədlə Dövlət Vergi Xidmətinin (DVX) Portalında elektron qaydada vergi uçotuna alınıb.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Dünyanın 10-cu ən böyük qrafika və media proqram təminatı istehsalı şirkətindən biri olan “Adobe Systems Software Ireland Limited” şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il martın 1-dən etibarən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar tərəfindən ƏDV məbləği hesablanmayacaq.
“Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir.
Qeyd edək ki, ötən ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Adobe şirkəti Adobe Acrobat, Adobe Photoshop, Adobe Spark, Adobe Premiere Pro, Adobe Illustrator və s. məhsulları istehsal edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)







.jpg)




