Avropada qazın orta qiyməti 5 % artıb
Bu ilin fevral ayında Avropada qazın orta qiyməti yanvar ayı ilə müqayisədə 5 % artaraq 1 000 kubmetr üçün təxminən 542 ABŞ dolları təşkil edib.
Bunu Londonun ICE birjasının fyuçerslər haqqındakı məlumatları göstərir.
Keçən ilin payızından bəri Avropa qovşaqlarında qazın qiyməti tədricən artıb. 2024-cü ilin sentyabrında orta qiymət 1 000 kubmetr üçün təqribən 416 ABŞ dolları (illik müqayisədə 0,3 % az), oktyabrda 456 ABŞ dolları (-11 %), noyabrda 491 ABŞ dolları (-4 %), dekabrda 489 ABŞ dolları (+20 %), 2025-ci ilin yanvarında 517 ABŞ dolları (+53 %), fevralda isə 542 ABŞ dolları (+88 %) təşkil edib.
Qiymətlərin artmasına təsir edən əsas amillər Avropa anbarlarından qazın yüksək həcmlərlə çəkilməsi və külək enerjisi istehsalının payının azalması olub. Eyni zamanda, yanvarın 31-də qaz fyuçersləri 1 000 kubmetr üçün 577 ABŞ dolları civarında ticarət olurdusa, fevralın 28-də hərraclar 475 ABŞ dolları səviyyəsində bağlanıb ki, bu da əvvəlki ayın sonu ilə müqayisədə 17,7 % azdır. Fevralın sonunda qiymətlərin azalması Rusiya və ABŞ arasındakı danışıqların başlaması və mülayim keçməsi ilə bağlıdır.
Ümumilikdə ay ərzində qarışıq qiymət dinamikası müşahidə olunub. Fevralın ilk yarısında kotirovkalar 630 ABŞ dollara yaxınlaşaraq iki ilin ən yüksək səviyyəsinə çatıb. Artım Avropanın yeraltı qaz anbarlarından rekord miqdarda qaz çəkimi ilə bağlı olub. Hazırda Avropanın yeraltı qaz anbarlarında təxminən 43,5 milyard kubmetr qaz var və bu, ümumi doluluq səviyyəsinin 39,5 %-dən azdır. 2024-cü ilin oktyabr ayının sonunda istilik mövsümünün başlanmasından bəri Aİ ölkələri anbarlardan demək olar 66 milyard kubmetr qaz istifdə edib, qazın təmiz formada istifadəsi isə 62 milyard kubmetri keçib.
Bundan əlavə, Aİ-də elektrik enerjisi istehsalında külək enerjisinin payı azalıb: yanvarda bu, orta hesabla 21 %, fevralda isə 13 % civarında olub. Bu, elektrik enerjisi istehsalı üçün qaza tələbatın artmasına səbəb olub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























